Samsung şirkəti rekord yaddaş göstəricili yeni yaddaş modulunu təqdim etdi

Samsung şirkəti rekord yaddaş göstəricili yeni yaddaş modulunu təqdim etdi

Texnologiya
30.01.2019 PAYLAŞIM

    Komfortlu iş və mobil tətbiqlər üçün istifadəçilərə ildən-ilə daha çox yaddaş həcmi lazım olur. Buna görə də smartfon istehsalçıları öz məhsullarında yaddaş kartları üçün nəzərdə tutulmuş girişdən hələki imtina etmək niyyətində deyillər. Lakin Samsung şirkətinin mühəndisləri bu problemi həll etmək üçün tamamilə fərqli yol seçiblər. Belə ki, bugün şirkət dünyada ilk dəfə mobil cihazlar üçün yerləşdirilə bilən böyük həcmli flash yaddaş modulunu təqdim edib.

    1 TB daxili yaddaş həcminə sahib eUFS adlı yaddaş modulu 5-ci nəsil V-NAND flash yaddaşı əsasında hazırlanıb və microSD analoqlarından fərqli olaraq məlumatlarla 10 dəfə daha sürətlə çalışa bilir. Yeni yaddaş modulunda məlumatların oxunması saniyədə 1000 MB təşkil edir. Bu isə müasir SATA SSD-lərdən iki dəfə sürətlidir. Yeni yaddaş moduluna məlumatların yazılma sürəti isə saniyədə 260 MB təşkil edir.

Bənzər xəbər



    Yeni yaddaş modulunun ölçüləri onu hətta ən nazik gövdəyə sahib smartfona yerləşdirməyə də imkan verir. Məsələn bu cür yaddaş moduluna sahib smartfon istifadəçisi 5 GB-lıq videonu 5 saniyəyə öz smartfonuna yaza bilər. Məlumata əsasən yeni nəsil yaddaş modullarının irimiqyaslı istehsalına start verilib və yaxın gələcəkdə planşet, smartfon və digər cihaz istifadəçiləri yaddaş kartı girişlərindən azad ola biləcəklər. Yeni eUFS yaddaş modullarının qiymətləri və onların əsasında çalışacaq cihazların nə zaman satışa çıxcaqları barəsində məlumatlar daha sonra veriləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.


IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı.


SpaceX-in Starship kosmik gəmisinin yeni prototipinin uçuş testi uğurla yekunlaş..

Uğursuz olmuş test uçuşlarından sonra SpaceX-in Starship kosmik gəmisinin Starship SN15 adlı yeni pr..


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.

×