Samsung  şirkəti rəsmi olaraq Galaxy J 2017 seriyasını təqdim etdi

Samsung şirkəti rəsmi olaraq Galaxy J 2017 seriyasını təqdim etdi

Texnologiya
07.06.2017 PAYLAŞIM

“Samsung” şirkəti, büdcəli Galaxy J 2017 modellərini təqdim etdi.

Təqdim olunmuş bu seriyaya Galaxy J3, Galaxy J5Galaxy J7 smartfonları daxildir. Onlar bu yay fəslində satışa çıxacaqlar. Bu ilki Galaxy J seriyasında olan smartfonlar metal korpusa sahibdirlər və eyni dizaynda hazırlanıblar.




Galaxy J7-nin korpusu, IP57 standartı üzrə tozdan və 1 metr dərinlikdə sudan qorunmaya özəlliyinə sahibdir. Digər smartfonlar bu standarta sahib deyillər. Bundan əlavə olaraq Galaxy J7, barmaq izi skanı ilə təchiz olunub. Digər texniki göstəricilərə gəldikdə isə Galaxy J7, 5.5 inç Full HD AMOLED ekran, 8 nüvəli Cortex A53 prosessoru, 3 GB RAM, 16 GB daxili yaddaş (256 GB –a kimi microSD dəstəkli), 3600 mAh enerji tutumlu batareya, 13 MP-lik arxa və 13 MP-lik ön kamera ilə təchiz olunub. Smartfon, Android 7.0 əməliyyat sistemi vasitəsilə çalışır. Onun qiyməti 339 avro təşkil edəcək.

Seriyanın orta səviyyəli modeli olan Galaxy J5, barmaq izi skanı və J7 modelinin digər özəlliklərinə sahibdir. Daha dəqiq desək Galaxy J5, 5.2 inç HD Super AMOLED ekran, 8 nüvəli Cortex A53 prosessoru, 2 GB RAM, 16 GB daxili yaddaş (256 GB –a kimi microSD dəstəkli), 3000 mAh enerji tutumlu batareya, 13 MP-lik arxa və 13 MP-lik ön kamera ilə təchiz olunub. Smartfon, Android 7.0 əməliyyat sistemi vasitəsilə çalışır. Onun qiyməti 279 avro təşkil edəcək.

Seriyanın ən büdcəli modeli olan Galaxy J3 modeli isə barmaq izi skanından məhrum olub. Onun texniki göstəriciləri də büdcəli model smartfona yaxındır. Deməli Galaxy J3, 5 inç HD ekran, 4 nüvəli Java prosessoru, 2 GB RAM, 16 GB daixli yaddaş (256 GB –a kimi microSD dəstəkli), 3000 mAh enerji tutumlu batareya, 13 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz olunub. Smartfon, Android 7.0 əməliyyat sistemi vasitəsilə çalışır. Onun qiyməti 219 avro təşkil edəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Smartfonlara inteqrasiya edilə biləcək şəffaf günəş paneli yaradılıb

İnçxon Milli Universitetinin alimləri dünyada ilk dəfə şəffaf günəş panelini yaradıblar.


Avtomobillər üçün yeni prosessorların yaradılması məqsədilə Samsung Tesla ilə əm..

Cənubi Koreyanın kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən gələcəkdəki tam avtono..


Mütəxəssislər məşhur rəsm əsərini 10 GP (giqapiksel) keyfiyyətində rəqəmsallaşdı..

“Mirvari sırğalı qız” tablosu ən məşhur sənət əsərlərindən biridir. Bu tablo sənətşünasların və adi ..


Xiaomi Mi Band 6 smart qolbağının sahib olacağı özəlliklər barədə məlumatlar ver..

Xiaomi şirkəti özünün Mi Band smart qolbaq seriyasını yeniləmək üzrədir. Belə ki, internetdə Mi Band..


Mütəxəssislər zibilliyə atılan smartfonların ümumi dəyərini hesablayıblar..

Statistikaya əsasən hər il 150 milyona yaxın mobil telefon tullantıya çevrilir. Bu isə milyardlarla ..


Google şirkəti Chromium əsaslı kənar brauzerlərin funksiyalarını məhdudlaşdıraca..

Brauzerlərin yaradılması üçün nəzərdə tutulmuş ən məşhur mühərriklərdən biri Chromium-dur...

×