Logo
    main-post-cover

    'Samsung' şirkəti tam çərçivəsiz ekranlı smartfonun patentini aldı

    Elm & Texnologiya
    09.02.2018
    Emil
    Artıq bu ayın sonunda biz yeni flaqman modelləri olacaq Galaxy S9 və S9+ smartfonlarını görəcəyik.
        Lakin bundan sonra Samsung”dan nə gözləmək olar? Görünür, şirkət gələcək üçün maraqlı planlara sahibdir. Bu cür nəticəyə şirkətin yeni patentlərindən gəlmək olar. Şirkətin yeni patenti tamamilə çərçivəsiz olan smartfon modelini əks etdirir. Bundan əlavə olaraq patentdəki məlumata əsasən həmin tam çərçivəsiz ekrana sahib smartfon həmdə ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyasını da özündə birləşdirir.

        Həmçinin patent sorğusunda cihaz ekranına müxtəlif səviyyədə kliklərdən istifadə edən yeni innovasiyalı naviqator sistemi də əks olunub. Smartfon blockda olan zaman ekranın aşağı mərkəz hissəsi barmaq izi skanı texnologiyasına çevrilir. İsitfadəçi isə sözügedən hissəyə klikləyərək smartfonu blockdan çıxarda bilər. Lakin həmin hissəyə daha bərk klikləyərək istifadəçi mikrofon funksiyasını aktiv edir.
        Çox güman ki, söhbət Bixby səsli köməkçisindən gedir. Barmaq izi skanı hissəsinə daha da bərk kliklədikdə istifadəçiyə tətbiqlər siyahısı açılır. Bu cür prinsip ilə smartfonun digər interfeysləri də çalışır. Məsələn Back sensorlu düyməsini bərk kliklədikdə istifadəçi kamera və digər funksiyalara aid sürətli keçid panelini əldə edir. Lakin bu cür smartfonda ön kameranın harda və necə yerləşəcəyi böyük maraq doğurur.
    Paylaş
    Bənzər xəbərlər