
Samsung şirkəti Windows kompüterlər üçün prosessor istehsalı ilə məşğul ola bilər
Elm & Texnologiya
26.07.2020
Emil
Növbəti 2 il ərzində Apple şirkəti Intel prosessorlarından imtina etməyi və öz kompüterlərində fərdi ARM prosessorlardan istifadəni özünə məqsəd qoyub. Microsoft şirkəti də Qualcomm dəstəyi ilə Windows cihazları mobil prosessora keçirtməyə cəhd göstərir. Lakin bu cəhd heç də uğurlu alınmır. Yeni məlumata əsasən isə Samsung şirkəti bu prosesdə yaxından iştirak etmək niyyətindədir.
Bu barədə Mydrivers.com saytı xəbər verib. Məlumata əsasən Samsung şirkəti özünün Galaxy S20 seriyasında istifadə olunan Exynos 990 flaqman prosessorunun kompüterlər üçün olan versiyasını hazırlayıb. Lakin şirkət hələ bu barədə elan verməyə tələsmir. Belə ki, şirkət həmin prosessorun kompüter tapşırıqlarının öhdəsindən gələcəyinə əmin deyil.
Buna baxmayaraq Samsung bu perspektivli istiqamətdən imtina etmək niyyətində deyil. Məlumatda qeyd edilib ki, Samsung gələcək 5 nanometrlik Exynos 1000 modeli əsasında Windows kompüterlər üçün digər bir prosessor üzərində çalışır. Qeyd etmək lazımdır ki, bütün bunlar sadəcə təsdiq olunmamış məlumat sızıntılarıdır. Heç istisna deyil ki, əslində Samsung şirkəti Windows kompüterlər üçün heç bir prosessor hazırlamır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
