
Samsung şirkəti yeni əyilə bilən və şəffaf smartfonun patentini əldə edib
Elm & Texnologiya
04.05.2018
Emil
Samsung şirkətinin yeni patent
sorğusunda görmək olar ki, cihaz orta tərəfdən üfüqi istiqamətdə əyilə bilir.
Bu isə o deməkdir ki, cihaz əsasən üfüqi istifadə üçün nəzərdə tutulub. Şirkət
həmçinin cihazın ikinci dizaynının da patentini əldə edib. İkinci dizayn
halında smartfon 2 fərqli istiqamətdə əyilir. Üçqat əyilmə texnologiyası
cihazdan unikal istifadə fərqliliklərini təqdim edir.

Bu halda cihazın sistemi
bütün əyilmə variantlarını təyin edərək bu və ya digər əyilməyə özəl interfeysi
istifadəçiyə təqdim edə biləcək. Patent fotolarında orta hissədən əyilən və
üçqat əyilən cihazlar əks olunub. Fotolardan birində ilk ekranda elektron poçt
mesajları əks olunub və həmin interfeys ekranın tam hissəsini tutub. İkinci
ekranda isə tətbiqlər əks olunub. Bundan əlavə olaraq yeni patent sorğuları
Samsung şirkətinin şəffaf smartfonlar üzrə planlarını da ortaya qoyur.

İlk dəfə
bu texnologiya 2015-ci ildə təqdim olunmuş televizorda əks olunmuşdur. İndi isə
növbə smartfonlara çatıb. Şəffaf smartfon artırılmış reallıq texnololgiyası üzrə
çalışacaq və istifadəçi real dünyanı ekran vasitəsilə görəcək. Bu halda rəqəmsal
kontent məhz artırılmış reallıq texnologiyası sayəsində real dünyanın üzərində əks
olunacaq. Təbii ki, istifadəçi həmin kontenti ekran vasitəsilə görə və onunla
qarşılıqlı əlaqədə ola biləcək.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
