main-post-cover

    Samsung şirkəti yeni flaqman prosessor Exynos 9820-ni təqdim etdi

    Elm & Texnologiya
    14.11.2018
    Emil Nəcəfov
        Samsung şirkəti Exynos 9820 flaqman prosessorunu təqdim etdi. Prosessor yeni növ texnoloji proses əsasında hazırlanma və yüksək videoçip performansından əlavə olaraq çoxlu sayda kameralar dəstəyini, yüksək keyfiyyətli videoların çəkilməsi özəlliyini və məlumatların təhlükəsiz şəkildə saxlanması funksiyasını əldə edib. Exynos 9820-nin mərkəzi prosessoru 3 klasterdən ibarətdir: 2 ədəd 4-cü nəsil nüvə, Cortex A75 və 4 ədəd enerji baxımından effektiv Cortex A55.
        Yeni prosessorun 8 nanometrlik texnoloji proses əsasında hazırlanması prosessorun sürətinin artmasına yardımçı olub. Belə ki, yeni prosessor 10 nanometrlik texnoloji proses əsasında hazırlanmış əvvəlki modeldən birnüvəli testdə 20%, çoxnüvəli testdə isə 15% daha sürətli olub. Samsung şirkətinin verdiyi məlumata əsasən yeni prosessorun ümumi performans göstəricisi 40% yüksəlib və onun enerji sərfiyyatı 10% aşağı endirilib.

        Prosessorun qrafik göstəricilərindən GPU Mali-G76 MP12 çipi cavabdehdir. Yeni videoçip əvvəlki modeldən 40% daha effektiv olub və ondan 35% daha az enerji sərf edir. Prosessorda olan əlavə neyron hesablamaları bloku (NPU) süni zəka alqoritmlərinin iş sürətini 7 dəfə artırıb. Təsvirin emal olunması üçün əlavə edilmiş əlavə prosessor smartfonda 5 kamera özəlliyini dəstəkləyir (5 kameradan əlavə istifadəçi üzünün təyin olunması üçün bir ədəd infraqırmızı sensor).
        Exynos 9820-nin digər multimedia özəllikləri arasında həmçinin 4K ekranları, saniyədə 30 kadr sürətlə 8K videoların çəkilişi və saniyədə 120 kadr sürətlə 4K videoların çəkilişini dəstəkləyir. Beləliklə yeni prosessorun irimiqyaslı istehsalına bu ilin sonunda start veriləcək. Böyük ehtimalla şirkətin yeni prosessorunu əldə edəcək ilk smartfon modeli Galaxy S10 olacaq.
    Linki kopyala