Logo
    main-post-cover

    Samsung şirkətinin 600 MP-lik mobil kamera sensoru barəsində məlumatlar verilib

    Elm & Texnologiya
    07.12.2020
    Emil
        Bu ilin əvvəlində Samsung təmsilçiləri elan etmişdilər ki, onlar 600 MP-lik kamera sensoru üzərində çalışırlar. Bu isə insan gözünün göstəricisindən daha çoxdur. Bir sıra alimlərin fikirlərinə əsasən insan gözü 500 MP-lik görüntü keyfiyyətini verir. İndi isə internetdə Samsung şirkətinin 600 MP-lik kamera sensoru barəsində ilkin məlumatlar ortaya çıxıb. Bu barədə 4pda sayt xəbər verib. Sözügedən məlumatları Ice Universe ləqəbli məşhur insayder verib. Əslində söhbət, mövcud olan məlumatlar əsasında formalaşdırılmış ehtimallardan gedir.
        Bütün hesablamalar ona nəzərən edilib ki, 600 MP-lik kamera sensorunun piksel ölçüsü 0.8 mm olacaq. Bu isə hal hazırda aktual olan 108 MP-lik kamera sensorunun piksel ölçüsünə bərabərdir. Bu halda sensorun öz ölçüsü 1/0.57 düym təşkil edəcək. Bu cür böyük ölçüdə olan sensor üçün həmçinin böyük ölçülü obyektiv də lazım olacaq. Nəticədə belə bir kamera obyektivi 8.8 mm qalınlığa sahib smartfonun gövdəsindən əlavə 13 mm-ə qədər çölə çıxmalıdır. Heç istisna deyil ki, bu problemi aradan qaldırmaq üçün Samsung şirkəti hərəkətli kamera sistemindən istifadə etsin.
        Bundan əlavə olaraq bu cür ölçüyə sahib kamera obyektivi təkcə smartfonun arxa panelinin 12%-ni əhatə edəcək. Təqdim olunmuş bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib. Ola bilər ki, Samsung şirkəti bütün bu problemləri aradan qaldıraraq 600 MP-lik kamera sensorunu smartfon gövdəsinə yerləşdirə bilsin. Onu da qeyd etmək lazımdır ki, bu cür kamera ilk növbədə pilotsuz uçuş aparatlarında və smart avtomobillərdə və daha sonra mobil cihazlarda istifadəyə verilə bilər.
    Paylaş
    Bənzər xəbərlər