
'Samsung' şirkətinin mobil şöbəsinin CEO-su Galaxy S9-un təqribi anons tarixini və Galaxy X-in çıxış tarixini açıqladı
Elm & Texnologiya
10.01.2018
Emil
“Samsung” şirkətinin mobil şöbəsinin CEO-su DJ Koh bildirib ki, Galaxy S9-un anonsunu yaz fəslinə kimi gözləmək lazım gələcək.
O qeyd edib ki, şirkət öz yeni
flaqman modelini gələn ayın sonunda keçirələcək MWC 2018 tədbirindən əvvəl və
ya tədbir çərçivəsində anons edəcək. Galaxy S9-un 1 ay öncədən aons olunması həmçinin
onun 1 ay tez satışa çıxması deməkdir. Galaxy S8 Aprel ayında satışa çıxmışdı.
Galaxy S9 isə Mart ayında satışa çıxa bilər. Bir sıra şayiələr üzrə yeni flaqman
modeli haqqında bildiklərimizə əsasən Galaxy S9-un çıxışına əngəl olacaq
hansısa texniki problemlərin yaranmayacağı güman olunur.
Həmin sözü şirkətin
gizli Galaxy X modeli haqqında demək olmaz. Şirkətin məlumatına əsasən o, əyilə
bilən smartfonu gələn il satışa çıxartmağı planlaşdırır. Beləliklə bu cür qərar
daha əvvəl smartfonun bu il satışa çıxacağı şayiələrini səhv çıxardır. DJ
Koh-un məlumatına əsasən hal hazırda smartfonun satışa çıxmasını onun hələ
ideal olmayan istifadəçi interfeysi və erqonomikası mane olur. Bu isə o deməkdir
ki, çox güman ki, şirkət artıq cihazın texniki problemlərini həll edib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
