
'Samsung' şirkətinin yeni ixtirası mobil telefon bazarında inqilaba səbəb ola bilər
Elm & Texnologiya
27.11.2017
Emil
“Samsung Electronics” şirkətinin tədqiqat şöbəsi litium-ion batareyaları sahəsində vacib ixtiranın olduğunu bildiriblər.
Belə ki, mütəxəssislər qrafen
şarını sintez etməyi bacarıblar. Bu isə öz növbəsində ondan böyük həcmli
batareyaların istehsalında, indki smartfonlarda olan sürətli enerji yığma özəlliyindən
daha sürətlisinin hazırlanmasında istifadə etmək olar. “Samsung”un aparıcı
texnologiyalar institutunun mütəxəssisləri qrafenin sintezi üçün SiO2 kimyəvi birləşməsindən istifadə ediblər. Daha sonra onlar əldə edilmiş qrafen şarlarını cərəyanın
ənənəvi litium-ion elementlərində anod və katod üçün material qismində istifadə
ediblər.
Şirkət tədqiqatçılarının sözlərinə əsasən qrafen batareyalar 45% daha
böyük həcmə sahibdirlər və onlar 5 dəfə daha sürətli enerji yığa bilirlər.
Alimlər bildiriblər ki, yeni texnologiya sayəsində smartfon 1 saat ərzində
deyil, 12 dəqiqə ərzində tam olaraq enerji yığa biləcək. Bundan əlavə olaraq bu
cür batareyalar öz özəlliklərini 60 dərəcə C temperaturda da saxlayırlar. Bu isə
öz növbəsində onlardan elektromobillərdə istifadəni mümkün edir. Şirkət artıq
bu ixtiranı ABŞ və Cənubi Koreya ərazisində patentləşdirib. Bu texnologiyanın
kommersiya məhsullarında nə zaman tətbiq ediləcəyi barəsində isə hələki heç bir
məlumat yoxdur.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
