
Samsung smart eynəklər üçün 3D ekranı patentləşdirib
Elm & Texnologiya
17.10.2024
Emil
Samsung Display təsviri həcmli şəkildə (3D) əks etdirə bilən yeni növ ekranın patentini əldə edib. Patenti əldə edilmiş yeni növ ekranın smart eynəklər üçün nəzərdə tutulduğu güman edilir. Məlumata əsasən bu 3D ekran özündə optik elementi və baxış bucağının idarəsi imkanına sahib əksetdirmə cihazını birləşdirir. Baxış bucağının idarəsi imkanına sahib əksetdirmə cihazı təsviri ayrıca həm sağ gözə həm də sol gözə əks etdirə biləcək. Beləliklə təsvirin 3D şəklində əks olunması effekti yaranacaq. Qeyd etmək lazımdır ki, bu 3D ekran hələ yalnız patent şəklində mövcuddur. Onun konkret olaraq hansı cihazlara inteqrasiya ediləcəyi bilinmir.

Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
