
Samsung smart saatları üçün nəzərdə tutulmuş yeni flaqman prosessor üzərində çalışır
Elm & Texnologiya
27.10.2023
Emil
Verilmiş məlumata əsasən Samsung şirkəti öz smart saatları üçün nəzərdə tutulmuş yeni flaqman Exynos prosessoru üzərində çalışır. Söhbət, Exynos W940 prosessorundan gedir. Məlumatda qeyd edilib ki, sözügedən yeni flaqman prosessor 3 nanometrlik texnoloji proses əsasında hazırlanacaq. Bəzi məlumatlara əsasən Samsung Exynos W940 prosessorunu gələn il təqdim olunacaq Galaxy Watch 7 və Watch 7 Classic smart saatları üçün xüsusi olaraq hazırlayır. Əgər bu məlumat nəticədə doğru olsa, deməli şirkətin gələn ilki smart saatlarında performans göstəriciləri bir xeyli yüksələcək. Exynos W940 gələn il təqdim olunmalıdır.
Paylaş
Ən çox oxunanlar

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
