main-post-cover

    Samsung smartfonlar üçün ISOCELL HP1 adlı 200 MP-lik kamera sensorunu təqdim edib

    Elm & Texnologiya
    02.09.2021
    Farid Pardashunas
        Samsung şirkəti ISOCELL HP1 adlı 200 MP-lik mobil kamera sensorunu təqdim edib. Bu, smartfonlar üçün nəzərdə tutulmuş ilk 200 MP-lik kamera sensorudur. ISOCELL HP1-in piksellərinin ölçüləri o qədər də böyük deyil. Belə ki, piksellərin öçüləri 0.64 mikrometr təşkil edir. Samsung-un verdiyi məlumata əsasən matrisanın kompakt ölçüləri bu cür kamera sensorunun nazik smartfonlara inteqrasiyası prosesini sadələşdirməlidir. Məlum məsələdir ki, nazik smartfonlarda hətta millimetr ölçüdə olan boş sahə belə çox yüksək qiymətləndirilir. Təqdim edilmiş yeni kamera sensorunun optik formatı 1/1.22’’ təşkil edir.
        ISOCELL HP1 ChameleonCell texnologiyasını dəstəkləyir. Bu texnologiya yaxşı işıqlandırılmamış mühitdə yüksək keyfiyyətli fotoların əldə olunması üçün nəzərdə tutulub. 16 pikselin birləşməsi nəticəsində vahid pikselin ölçüsü 2.56 mikrometr təşkil edir və bunun sayəsində smartfon qaranlıq mühitdə 12.5 MP keyfiyyətində fotolar çəkə bilər. Bununla yanaşı ISOCELL HP1 kamera sensoru 30 fps sürətlə 8K Ultra HD keyfiyyətində videoların çəkilməsini dəstəkləyir. Bu halda çəkiliş prosesi 4 pikselin birləşməsi ilə 50 MP-lik rejimdə reallaşdırılır. ISOCELL HP1 kamera sensoru ilk olaraq Xiaomi 12 smartfon modellərindən birinə quraşdırılmalıdır. Lakin bu barədə hələ rəsmi bir məlumat yoxdur. Xiaomi 12-nin isə ilin sonunda təqdim olunması gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər