Logo
    main-post-cover

    Samsung smartfonlar üçün daha az enerji sərfiyyatına sahib yeni nəsil OLED ekranlar üzərində çalışır

    Elm & Texnologiya
    22.08.2024
    Emil
         Ekran smartfonlarda ən çox enerji sərfiyyatına sahib komponentlərdən biridir. Samsung isə bu vəziyyəti dəyişmək qərarına gəlib. Belə ki, şirkət orqanik işıq diodları əsasında yeni nəsil mobil ekranları hazırladığını elan edib. Şirkətin sözlərinə əsasən hazırlanan yeni nəsil ekranların sayəsində gündəlik smartfon şarjı artıq keçmişdə qalacaq. Bu elanı Samsung Display-in vitse-prezidenti Chung Lee, IMID 2024 adlı sərgidə edib.
         Onun sözlərinə əsasən hazırlanan yeni nəsil OLED ekranlar hal-hazırda aktual olan OLED ekranlar ilə müqayisədə 2 dəfə daha az enerji sərfiyyatına sahib olacaqlar. Bununla belə o, yeni nəsil OLED ekranların hazırlanması vacibliyini süni zəka texnologiyalarının inkişafı ilə əlaqələndirib. Chung Lee qeyd edib ki, süni zəka vasitəsilə tərtib edilmiş fotolar detalları və rənglər arasındakı incə fərqləri təbii şəkildə əks etdirən yüksək keyfiyyətli ekranları tələb edirlər. Bununla belə hazırlanan yeni nəsil OLED ekranların smartfonlara nə zaman inteqrasiya ediləcəkləri barəsində bir məlumat yoxdur.
    Paylaş