
Samsung Snapdragon 8 Gen 3 for Galaxy prosessoru üzərində çalışır
Elm & Texnologiya
02.11.2023
Emil
Ice Universe ləqəbli məşhur insayderin vermiş olduğu yeni məlumata əsasən Samsung şirkəti Snapdragon 8 Gen 3 prosessorunun xüsusi versiyası üzərində çalışır. Söhbət, Snapdragon 8 Gen 3 for Galaxy prosessorundan gedir. Məlumata əsasən Snapdragon 8 Gen 3 for Galaxy prosessoru 1 GHz tezlikdə çalışacaq Adreno 750 qrafik çipini əldə edəcək.
Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Snapdragon 8 Gen 2 for Galaxy prosessoru 719 MHz tezlikdə çalışan Adreno 740 qrafik çipinə sahibdir. Təəssüflər olsun ki, Snapdragon 8 Gen 3 for Galaxy barəsində digər bir məlumat hələ yoxdur. Sözügedən prosessorun ilk dəfə Galaxy S24 smartfon seriyasında istifadə ediləcəyi gözlənilir. Onun Galaxy S24 Ultra-ya quraşdırılacağı güman edilir. Snapdragon 8 Gen 3 for Galaxy prosessoru Samsung şirkətinin gələn ilki digər flaqman smartfonlarında da istifadə edilməlidir.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Samsung Galaxy S24 Ultra-nın ağ gövdə rəngində yeni render fotoları ortaya çıxıb
Samsung Galaxy S24 Ultra smartfonunun yeni render fotoları internetdə ortaya çıxıb.

Əməliyyat sistemləri
Galaxy S20 və Galaxy Note 20 smartfonları Android 14-ü əldə etməyəcəklər
Dünən məlum oldu ki, Samsung şirkəti öz saytında OneUI 6.0 istifadəçi interfeysindək yeni kamera funksiyalarını əldə edəcək smartfonların siyahısını təqdim edib.

Elm & Texnologiya
Samsung 55 düym ekranlı yeni gaming monitorunu təqdim edib - QİYMƏTİ
Samsung şirkəti Odyssey Ark 2nd Gen adlı yeni gaming monitorunu təqdim edib.

Əməliyyat sistemləri
Samsung Android 14-ü dəqiq şəkildə əldə edəcək smartfonların siyahısını təqdim edib
Samsung şirkətinin saytında OneUI 6.0 istifadəçi interfeysindəki yeni kamera funksiyalarının istifadə təlimatı yerləşdirilib.

Əməliyyat sistemləri
OneUI 6.0 istifadəçi interfeysinin 3-cü betası Galaxy S22+ və S22 Ultra üçün istifadəyə verilib
Dünən məlum oldu ki, Samsung şirkəti Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin stabil versiyasını Galaxy S23 smartfonları üçün istifadəyə verib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
