Samsung, ultra sürətli eUFS 3.1 yaddaş çiplərinin istehsalına başladığını bildirdi

Samsung, ultra sürətli eUFS 3.1 yaddaş çiplərinin istehsalına başladığını bildirdi

Texnologiya
17.03.2020 PAYLAŞIM

        UFS çipləri smartfonlarda istifadə edilən yaddaş çipləridir. Bu çiplərin yazma/oxuma sürəti nə qədər yüksək olarsa, smartfon o qədər sürətli işləyir və faylları ötürə bilir. Samsung, UFS çiplərin eUFS adı verilən özlərinə məxsus yeni versiyasını istehsal etməyə başladığını bildirdi. eUFS 3.1 yaddaş çipləri ilə birliktə smartfonlardakı 1 GB yazma/oxuma limiti də aradan qalxır.

Samsung, 512 GB həcmə malik eUFS 3.1 yaddaş çiplərinin istehsalına başladı. Galaxy Note 20 modelində istifadə edilə bilər.


        Yeni yaddaş çipləri saniyədə 1200 MB həcmində faylların oxunulması və yazılmasını dəstəkləyir. Müqayisə üçün deyək ki, bu sürət Desktop kompüterlərdə istifadə edilən Sata III SSD ( saniyədə 500 MB )-lərdən 2.4 dəfə daha çoxdur. Bu o deməkdir ki, bu yaddaş çiplərinin istifadə edildiyi smartfonlar çox yüksək sürətli işləri asanlıqla görə biləcək. Hal-hazırda bu texnologiya Xiaomi Mi 10 ProGalaxy S20 Ultra 5G modellərində istifadə olunan UFS 3.0 yaddaş çiplərinə görə 60% daha sürətlidir.    

        Samsung rəsmilərinin bildirdiklərinə görə ilk növbədə 512 GB həcmli çiplər sonra isə 256 GB128 GB çiplər istehsal olunacaq. Həmçinin rəsmilər qeyd edik ki, 2020-ci il ərzində Samsung tərəfindən istehsal olunacaq bütün flaqman modellərində eUFS 3.1 yaddaş çipləri istifadə olunacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..


Naqilsiz Apple AirPods 3 qulaqlıqları bu ilin sonuna kimi təqdim olunmalıdırlar..

Apple şirkəti iPhone 13 smartfonlarını təqdim edən zaman bir çoxları yeni naqilsiz AirPods 3 qulaqlı..


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..

×