'Samsung'un bu smartfonu eksklüziv olaraq Kontakt Home-da

'Samsung'un bu smartfonu eksklüziv olaraq Kontakt Home-da

Texnologiya
01.10.2019 PAYLAŞIM

    Samsung şirkətinin qlobal bazara yeni təqdim etdiyi Galaxy A30s modelinin 4/64GB versiyası Azərbaycanda rəsmi olaraq eksklüziv şərtlərlə Kontakt Home mağazalarında satışa buraxılıb.

    Kontakt Home müştərilərinə eksklüziv təkliflər təqdim etməyə davam edir və elektronika sahəsində ən gözlənilən yenilikləri yerli bazara ilk olaraq təklif etməyə çalışır. Bu dəfə isə müştərilərdən daxil olan böyük istəyi nəzərə alaraq, yenilənmiş Galaxy A30s modelinin ən böyük həcmli versiyasını Azərbaycanda rəsmi olaraq ilk dəfə satışa çıxarıb. Yeniliyin bu versiyasında 4 GB operativ yaddaş hesabına tətbiqlər daha rahat və effektiv çalışır, 64 GB daxili yaddaş isə daha çox materialı smartfonda saxlamağa imkan yaradır, bununla onun daha sürətli işini təmin edir. Daxili yaddaş həm də micro SD kart vasitəsilə 512 GB-dək artırıla bilər. Məhz bu göstəricilər smartfonun 4/64 GB versiyasının müştərilər tərəfindən daha çox tələb olunmasına səbəb olub. 


    Smartfon öncəki Galaxy A30 modelinin bir çox üstün xüsusiyyətini özündə saxlamaqla bərabər, daha da təkmilləşdirilərək maraqlı yenilikləri ilə müştərilərin zövqünü oxşaya bilib. Bunlar nədir?

    Smartfonun öncəki versiyadan həm dizayn, həm də funksionallıq baxımdan üstünlükləri var. Belə ki, A30s-in əsas kamerası 16+5 meqapiksellik ikili kameradan 25+5+8 meqapiksellik üçlü kamerayadək yüksəldilib. İndi onunla daha genişbucaqlı və daha canlı çəkilişlər etmək olar.

    Aparatın dizaynında da nəzərəçarpan dəyişikliklər var. Barmaq izi skaneri artıq arxa korpusda deyil, ön touchscreen ekranda yerləşdirilib, bu da smartfonu daha bahalı göstərir. Smartfonu bahalı göstərən təkcə bu deyil, həm də arxa korpusun holoqrafik dizaynıdır. Xüsusi dizayn işıq şüalarını fərqli rənglərdə əks etdirir.A30s modeli Kontakt Home mağazalarında hər 3 rəngdə: ağ, qara və bənövşəyi rənglərdə təqdim olunub.

    Samsung Galaxy A30s modelinin 4/64 GB versiyasını Kontakt Home-da 599,99 manat nağd qiymətə, yaxud ilkin ödənişsiz, 18 ayadək hissə-hissə ödəniş şərtləriylə əldə edə bilərsiniz. Daha büdcəli 3/32 GB versiyasını isə 519.99 manat nağd qiymətə, eyni qaydada hissə-hissə ödəniş şərtləriylə almaq mümkündür.

    Xatırladaq ki, hazırda Kontakt Home-da bütün smartfon və noutbuklara ilkin ödənişsiz, 12 ayadək faizsiz ödəniş kampaniyası var. Odur ki, mağazalara yollanın, sevdiyiniz qadceti ilkin ödəniş olmadan, sadəcə məhsulun qiymətini 12 aya bərabər bölərək əldə edin!

    Əgər mağazalara getməyə vaxt itirmək istəmirsinizsə, arzu etdiyiniz məhsulu www.kontakt.az saytından da sifariş verə bilərsiniz. Sadəcə seçdiyiniz məhsulun səhifəsində "Hissə-hissə ödənişlə al" düyməsini klikləyin, sorğu blankını doldurun və gözləyin. Kontakt Home əməkdaşları ən qısa zamanda sizinlə əlaqə yaradacaq, sifarişinizi rəsmiləşirəcək və gün ərzində sizə uyğun istənilən ünvana çatdıracaqlar.

    Məhsulları həm də *6060 nömrəsinə zəng edərək sifariş verə bilərsiniz. Əməkdaşlar eyni qaydada sifarişinizi rəsmiləşdirib, onu arzuladığınız ünvana çatdıracaqlar.

    *6060 operatorları həmçinin sizin digər suallarınızı da ətraflı cavablandırmağa hazırdılar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NASA astronavtlarının Aya göndərilməsi ilə SpaceX məşğul olacaq

NASA agentliyi SpaceX şirkəti ilə vacib müqavilə bağlayıb.


Elon Musk bu ilin sonuna kimi Starlink peyk internetinin mobil olacağına söz ver..

Elon Musk bildirib ki, Starlink peyk interneti 2021-ci ildə tamamilə mobil olacaq və bu da öz növbəs..


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..

×