Samsung-un büdcəli Galaxy Tab A9 planşetinin hansı prosessora sahib olacağı məlum olub

Samsung-un büdcəli Galaxy Tab A9 planşetinin hansı prosessora sahib olacağı məlum olub

Texnologiya
05.09.2023 PAYLAŞIM

    Samsung şirkətinin Galaxy Tab A9 adlı yeni büdcəli planşeti barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər. Ortaya çıxmış yeni məlumatda bu planşetin hansı prosessor vasitəsilə çalışacağı qeyd edilib. Beləliklə məlumata əsasən Galaxy Tab A9 planşeti MediaTek Helio G99 prosessoruna sahib olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy Tab A7 planşeti daha zəif prosessor olan MediaTek MT8768 adlı prosessor ilə təchiz olunur. MediaTek Helio G99-a gəldikdə isə o, 8 ədəd nüvəyə və Mali-G57 MP2 qrafik çipinə sahibdir. Galaxy Tab A9-un 8 düym ekran, 5G modem və 15 vatt gücündə sürətli şarj texnologiyalı 5100 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Samsung-un bu yeni büdcəli planşetinin yaxın aylar ərzində təqdim olunacağı gözlənilir.




DAHA ÇOX


Samsung Galaxy Tab A9+ planşetinin texniki göstəriciləri ortaya çıxıb

Samsung şirkətinin hələ təqdim edilməmiş Galaxy Tab A9 planşet seriyasına daxil olacaq Galaxy Tab A9..


Apple elektromobili yaxın gələcəkdə işıq üzü görməyə bilər

Hələ bir neçə müddət bundan öncəyə kimi internetdə ara-sıra Apple şirkətinin elektromobil layihəsi b..


ASUS ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib - QİYMƏTİ..

ASUS şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib.


Xiaomi Black Shark Lucifer Earphones adlı yeni naqilsiz qulaqlıq təqdim edilib -..

Xiaomi şirkəti qlobal bazarda Black Shark S1 smart saatı ilə yanaşı həmçinin Black Shark Lucifer Ear..


Xiaomi qlobal bazarda Black Shark S1 adlı smart saatı təqdim edib - QİYMƏTİ..

Xiaomi şirkəti heç gözlənilmədən qlobal bazarda özünün Black Shark brendinin bir neçə yeni məhsulunu..


Acer 180 Hz-lik təsvir yenilənməsinə sahib yeni monitorunu təqdim edib - QİYMƏTİ..

Acer şirkəti özünün monitorlar seriyasını yeni model ilə genişləndirib.

×