
Samsung'un əyilə bilən smartfon modelinin mümkün final adı barəsində məlumat ortaya çıxıb
Elm & Texnologiya
13.02.2019
Orkhan
İnternetdə Samsung şirkətinin ilk əyilə bilən smartfon modelinin mümkün final adı barəsində məlumat ortaya çıxıb. Belə ki, hindistanlı məşhur insayder Ishan Agarwal-ın sözlərinə əsasən şirkətin ilk əyilə bilən smartfon modeli Galaxy Winner adı ilə satışa çıxacaq. Bu barədə Gagadget saytı xəbər verib. Əvvəlki məlumatlarda qeyd olunurdu ki, smartfon ya Galaxy X ya da Galaxy F (Foldable) adlanacaq. Hər halda smartfonun dəqiq adı 20 fevral tarixində bilinəcək. Belə ki, 20 fevral tarixində Samsung şirkəti özünün Galaxy S10 seriyası ilə yanaşı həmçinin ilk əyilə bilən smartfon modelini də təqdim edəcək.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
