Samsung'un əyilə bilən smartfonu yaxın zamanda anons oluna bilər

Samsung'un əyilə bilən smartfonu yaxın zamanda anons oluna bilər

Texnologiya
04.09.2018 PAYLAŞIM

    Samsung şirkətinin mobil şöbəsi üzrə direktoru DJ Koh bildirib ki, şirkətin ilk əyilə bilən smartfon modeli artıq bu ilin Noyabr ayında San Fransiskoda keçiriləcək tədbirdə təqdim oluna bilər. O qeyd edib ki, smartfon üzərində hələ də iş gedir. Bununla belə DJ Koh smartfonun necə adlanacağı (Galaxy X və ya Galaxy F), barəsində heç bir məlumat verməyib. Lakin bununla yanaşı o bildirib ki, şirkət, smartfonun əyilə bilən formada planşetə bənzəməməsi üçün əlindən gələni edir. Bundan əlavə olaraq DJ Koh qeyd edib ki, şirkət bu cür smartfon formatına səbəbsiz keçməyib. Belə ki, şirkətin apardığı sorğularda nəticə etibarilə məlum olub ki, alıcılar növbəti smartfon modellərinin məhz bu cür formata keçid etmələrini istəyirlər. Nəticədə şirkət bu  cür smartfon formatına keçməyi qərarlaşdırıb.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk bu ilin sonuna kimi Starlink peyk internetinin mobil olacağına söz ver..

Elon Musk bildirib ki, Starlink peyk interneti 2021-ci ildə tamamilə mobil olacaq və bu da öz növbəs..


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..

×