Samsung'un hansı cihazlarına Android 10 gələcək ? (Siyahı)

Samsung'un hansı cihazlarına Android 10 gələcək ? (Siyahı)

Texnologiya
27.11.2019 PAYLAŞIM

        Bildiyiniz kimi Android 10 Sentyabr ayında stabil olaraq yayımlandı. Saf android cihazlara daha tez gələn yenilənmə müxtəlif interfeyslərə malik cihazlara isə müəyyən bir vaxtdan sonra gəlir. Məsələn MİUİ,EMUİ,ColorOS.FlymeOS,OneUİ kimi interfeysləri olan cihazlara test mərhələlərindən keçdikdən və optimallaşdırma işləri tamamlandıqdan sonra gəlir. Samsung Members App istifadəçiləri tərəfindən aşkarlanan mənbələrə görə aşağıda siyahıda göstərilən cihazlara Android 10 Stabil versiya veriləcək. 

Ümumi olaraq 28 fərqli Samsung telefonu OneUİ 2.0 ilə birliktə Android 10 yenilənməsini alacaqlar.

        Siyahıya keçmədən əvvəl qeyd edək ki, Galaxy S10, Note 10Note 9 seriyaları bu yenilənməni 2020-ci ilin Yanvar ayında alacaqlar. Siyahıdaki digər cihazlar isə Aprel 2020-də Android 10OneUİ 2.0 yenilənməsini alacaqlar. Digər tərəfdən Samsung Fold, Galaxy M seriyası, Galaxy A50S bu siyahıda yer almır. Bu siyahı rəsmi olaraq Samsung tərəfindən verilmədiyi üçün çox güman bəzi modellər yenilənmə planına sonradan əlavə ediləcək.

  • Galaxy S10+
  • Galaxy S10
  • Galaxy S10e
  • Galaxy Note10+
  • Galaxy Note10
  • Galaxy Note9
  • Galaxy S9+
  • Galaxy S9
  • Galaxy Tab S6
  • Galaxy Tab S5e
  • Galaxy Tab S4 10.5
  • Galaxy Tab A 10.1 (2019)
  • Galaxy Tab A 8 (2018)
  • Galaxy Tab 10.5
  • Galaxy A80
  • Galaxy A70
  • Galaxy A50
  • Galaxy A30s
  • Galaxy A30
  • Galaxy A20s
  • Galaxy A20
  • Galaxy A10s
  • Galaxy A10
  • Galaxy A9 (2018)
  • Galaxy A7 (2018)
  • Galaxy J8
  • Galaxy J6+
  • Galaxy J6


SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Facebook-un Libra adlı kriptovalyutasının Avropa Birliyində istifadəsinə qadağa ..

Avropa Birliyinə daxil olan ölkələrin maliyyə nazirləri Facebook kriptovalyutasının Avropa Birliyind..


Apple şirkəti iPhone 11 Pro-ların öz istifadəçilərini izləmələri iddiasını təkzi..

Kompüter təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssis Brian Krebs dünən bildirmişdi ki, iP..


Əsl film ssenarisi: Kreativ hacker çox maraqlı üsul ilə 1 milyon dollar oğurladı..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Check Point şirkəti çox kreativ bir hackeri aşkar ed..


Wi-Fi 6 testləri tamamlandı: Saniyədə 10Gb fayl yükləmək mümkün olacaq

Wi-Fi 6 texnologiyası ilə birliktə artıq internet sürəti daha stabil və optimal olaraq işləyə biləcə..


Məşhur analitik 2021-ci il iPhone-lar barədə məlumatlar verdi

Məşhur çinli analitik Ming-Chi Kuo gələcək nəsil iPhone modelləri barəsində məlumatlar verməyə davam..


Snapdragon 865 prosessorlu ilk smartfon test edildi (VİDEO)

Yeni flaqman prosessor modeli olan Snapdragon 865 ilə birlikdə Qualcomm şirkəti bu prosessor vasitəs..