Samsung-un ilk 5 nanometrlik mobil prosessoru: 8 nüvəli Exynos 1080 prosessoru təqdim olunub
Elm & Texnologiya
12.11.2020
Farid Pardashunas
Əvvəlcədən də planlaşdırıldığı kimi Samsung şirkəti Çində Exynos 1080 mobil prosessorunun təqdimatını keçirdib. Təqdim edilmiş yeni prosessor 5 nanometrlik texnoloji proses əsasında hazırlanıb və özündə ARM-dən olan ən yeni nüvələr ilə qrafikanı birləşdirir. Lakin ən maraqlı fakt ondan ibarətdir ki, Exynos 1080 prosessoru orta səviyyəli prosessor qismində çıxış edir. Bu barədə Androidauthority saytı xəbər verib. Exynos 1080-in tərkibinə 2.8 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A78 nüvəsinə, 4 ədəd Cortex-A55 nüvəsinə və 10 nüvəli Mali-G78 qrafik çipinə sahib mərkəzi prosessor daxildir.
Şirkətin verdiyi məlumata əsasən Exynos 980 ilə müqayisədə Exynos 1080-nin birnüvəli rejimindəki performansı 50%, çoxnüvəli rejimindəki performansı isə 100% yüksəlib. Bununla yanaşı bu prosessorda Amigo adlı yeni alqoritmin istifadəsi sayəsində enerji sərfiyyatı üzrə effektivlik 10% yaxşılaşdırılıb. Sözügüdən prosessor Full HD+ keyfiyyətində 144 Hz-lik və WQHD+ keyfiyyətində 90 Hz-lik təsvir yenilənməsinə sahib ekranları dəstəkləyir.
Bununla yanaşı Exynos 1080 prosessoru LPDDR5 standartlı RAM yaddaşının, UFS 3.1 standartlı daxili yaddaş həcminin, Bluetooth 5.2-nin və Wi-Fi 6-nın dəstəyini əldə edib. Prosessora inteqrasiya edilmiş 5G modem məlumatları saniyədə 5.1 Gbit sürətlə ötürməyə imkan verir. Exynos 1080 həmçinin 200 MP-lik kameralar ilə çalışa bilir, saniyədə 60 kadr sürətlə 4K keyfiyyətində və HDR10+ rejimində videoların çəkilişini dəstəkləyir. Təqdimat zamanı Samsung bildirib ki, 2021-ci ildə Exynos 1080 prosessorunu Vivo smartfonları əldə edəcəklər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ