main-post-cover

    Samsung-un mobil prosessorlarının yaradılması ilə ağıllı alqoritm məşğul olacaq

    Elm & Texnologiya
    17.08.2021
    Farid Pardashunas
        Məlum olub ki, Samsung şirkəti yeni nəsil mobil prosessorların yaradılmasında ağıllı alqoritmlərdən istifadə etməyə başlayıb. Bunun üçün Samsung mikrosxemlərin layihələşdirilməsi üçün proqram təminatının yaradılması sahəsində lider şirkət olan Synopsys-in dəstəyini əldə edib. Samsung-un yeni nəsil mobil prosessorlarının yaradılması ilə Synopsys şirkətinin DSO.ai adlı alqoritmi məşğul olacaq. Synopsys şirkətinin verdiyi məlumata əsasən bu, prosessorların və bir kristallı sistemlərin layihələşdirilməsi üçün nəzərdə tutulmuş süni zəka əsaslı ilk kommersiya məqsədli proqram təminatıdır. Məlumatda qeyd edilib ki, Samsung mobil prosessorlarının yaradılması üzrə olan bütün prosesləri süni zəkaya həvalə etməyəcək.
        Samsung sadəcə olaraq machine learning-dən bir kristal əsaslı sistem üçün optimal dizaynın yaradılması prosesinin avtomatlaşdırılmasında istifadə edəcək. DSO.ai öz növbəsində yeni nəsil mobil prosessorlar üçün optimal dizaynı ona görə seçəcək ki, prosessorun öz sahəsi, enerji sərfiyyatı və performansı arasında balans yaransın. Synopsys-in verdiyi məlumata əsasən bəzi hallarda sözügedən alqoritm prosessorların tezliklərini 18% yüksəldib və enerji sərfiyyatlarını 21% aşağı salıb. Bundan əlavə olaraq bu alqoritmin istifadəsi ilə prosessorun yaradılma müddəti 6 aydan 1 aya enib. Hələ bir neçə müddət bundan öncə Google bildirmişdi ki, alqoritmlər insanlardan daha yaxşı prosessorlar yaratmaq qabiliyyətinə sahibdirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər