
Samsung-un ofisinə prokurorlar tərəfindən basqın edilib
Elm & Texnologiya
06.04.2018
Orxan
Cənubi Koreyanın ən böyük texnologiya şirkətlərindən biri olan Samsung-un ofisinə bu səhər prokurorlar tərəfindən hücum olunub. Hadisə Samsung-un işçilərinin işçi ittifaqını gücləndirmək məqsədilə təxribat törətdiyi iddiasının araşdırılması üçün baş tutub. Texnologiya nəhəngi əvvəllər tez-tez siyasətçilər və qeyri-hökumət təşkilatları tərəfindən ittifaqlaşdırılmış işçi gücünə qarşı məsafəli dayandığına və sadəcə kiçik ittifaqlarla işlədiyinə görə qınaq obyektinə çevrilmişdi.
Mövzu ilə bağlı Reuters-ə açıqlama verən Dankook Universitetinin İqtisadiyyat professoru Kim Tai-gi əməkdaşlıq siyasəti güdən Cənubi Koreya prezidenti Moon Jae-nin adını çəkərək, ''Məncə idarə heyəti Samsung-un ittifaqlara qarşı davranmasına son verməlidir'', dedi.
Texnologiya nəhənglərindən Samsung bir ailə tərəfindən idarə olunur və tez-tez qanunlarla qarşı-qarşıya gəlir. Ötən il rüşvət və sui-istifadədən tutularaq 5 il həbs cəzasına məhkum olunan Samsung vəliəhdi Jay Y. Lee-nin 6 aydan sonra evə buraxılması ölkədə böyük ajotaj yaratmışdı. Həbsdən əvvəl Samsung Prezidentinin müavini kimi işləyən Lee-nin sərbəst qalması əlavə olaraq Samsung-un gəlirlərinə də böyük zərbə vurmuşdu.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
