main-post-cover

    Samsung-un yeni hədəfi: Smartfonlar üçün 600 MP-lik kamera sensoru hazırlamaq

    Elm & Texnologiya
    21.04.2020
    Nijat Hamid
            Məlumdur ki, Samsung smartfon ekosistemində hal-hazırda ən güclü kamera sensorlarını istehsal edən şirkətdir. Ultra yüksək meqapikselli sensorları ilə son zamanlar adından söz etdirən şirkət 64 MP 108 MP keyfiyyətində şəkil çəkən smartfon kamera sensorlarını istehsal etmişdi. İndi isə şirkət rəsmilərinin dediklərinə görə məqsədləri insan gözü qədər dəqiq çəkə bilən 600 Meqapiksellik kamera sensorları istehsal etməkdir.

    Bu haqda Samsung-un kamera sensoru departamentində işləyən müdir müavini John Yong-In Park məlumat verib.

            John Yong-In Park verdiyi məlumatda insan gözünün təxminən 500 Meqapikseldən daha yüksək keyfiyyətdə görüntü əldə etdiyini vurğulayır. Lakin müasir kamera və smartfonlara baxdığımızda onlar 40 MP, 12 MP və 27 MP sensorlar istifadə etdiyini görürük. Həmçinin qeyd olunur ki, şirkətlər kamera sensorlarında piksel birləşdirmə üsullarından istifadə edərək şəkillərin daha keyfiyyəti olması üçün çalışırlar. Məsələn 108 MP-lik kameraya malik smartfonlar əslində 3x3 piksel birləşdirmə üsulunu istifadə edərək 27 Meqapiksel keyfiyyətində şəkillər çəkir. Əlbəttə doğurdan da 108 Meqapiksel keyfiyyətində çəkmək də mümkün olur, lakin bu halda şəkillərin həcmi çox yüksək olur.
            Park qeyd edir ki, insan gözü ilə eyni görüntü keyfiyyətini verən kamera sensorlarının istehsal olunmasına hələ uzun müddət vaxt lazımdır. Lakin Samsung şirkəti son hədəf olaraq 600 Meqapiksel keyfiyyətində görüntü verə bilən kamera sensorları hazırlamağı seçib. Belə görürür ki, daha uzun müddət smartfon ekosistemində Meqapiksel Müharibələri görəcəyik.
    Linki kopyala