Samsung-un yeni qatlana bilən smartfon modelinin fotosu və adı sızdırıldı

Samsung-un yeni qatlana bilən smartfon modelinin fotosu və adı sızdırıldı

Texnologiya
10.01.2020 PAYLAŞIM

    Las Veqasda keçirilən CES 2020 sərgisi çərçivəsində Samsung şirkəti bağlı qapılar arxasında öz yeni qatlana bilən smartfon modelini sərgiləyib. Təqdimatda olmuş fotolardan biri artıq internetə sızdırılaraq yeni qatlana bilən smartfonun adını ortaya çıxardıb. Bu barədə Gizmochina saytı xəbər verib. Beləliklə ortaya çıxmış fotoya və insayderlərin vermiş olduqları məlumatlara əsasən Samsung-un növbəti qatlana bilən smartfon modeli Galaxy Bloom adını əldə edəcək.


    Təqdimat zamanı əldə edilmiş foto aşağı keyfiyyətlidir. Belə ki, CES 2020-də bağlı qapılar arxasında keçirilmiş təqdimatda kameralardan istifadə qadağan edilib. Bundan əlavə olaraq ortaya çıxmış məlumata əsasən Samsung-un mobil şöbəsinin rəhbəri olan D.J Koh bu smartfonu qadınlar üçün nəzərdə tutulmuş smartfon kimi qələmə verib. Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, Galaxy Bloom-u Galaxy Fold-dan fərqləndirəcək əsas özəllik ondan ibarət olacaq ki, Galaxy Bloom-un ekranının qorunmasında ultranazik şüşə materialdan istifadə olunacaq.

    Şayiələrə əsasən yeni qatlana bilən smartfon həmçinin 8K keyfiyyətində videoçəkiliş funksiyasını da əldə edəcək. Bir sıra mənbələrin sözlərinə əsasən Samsung artıq gələn ay təqdim olunacaq yeni Galaxy S seriyasının cihazlarının adlarını təsdiqləyib: Galaxy S20, Galaxy S20 PlusGalaxy S20 Ultra. Galaxy S20 Ultra modeli Hubble adlı 100 MP-lik kamera modulunu əldə etməlidir. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


ABŞ-ın hərbi tibb işçiləri üçün süni zəka texnologiyalı AR cihaz hazırlanacaq..

ABŞ Müdafiə Nazirliyinin perspektivli tədqiqat layihələri üzrə idarəsi (DARPA) Raytheon BBN adlı şir..


Google Pixel 7 və 7 Pro smartfonlarını, Pixel Watch smart saatını və Pixel planş..

I/O 2022 konfransı çərçivəsində Google şirkəti Pixel 6a smartfonunu və naqilsiz Pixel Buds Pro qulaq..


Google xarici dili tərcümə edərək altyazı formatında istifadəçiyə ötürən yeni AR..

Google I/O 2022 konfransı artıq start götürüb və şirkət sözügedən konfrans çərçivəsində yeni innovat..


Daha bir dövrün sonu: Apple 7-ci nəsil iPod Touch-ın istehsalını dayandırdığını ..

Apple şirkəti iPod Touch playerinin istehsalını dayandırdığını elan edib. Beləliklə sözügedən player..


Nüfuzlu insayder Snapdragon 8 Gen 2 flaqman prosessorunun bəzi özəllikləri barəs..

Digital Chat Station ləqəbli məşhur insayder Qualcomm şirkətinin yeni flaqman prosessorunun texniki ..


Neuralink-in rəqibi beyin implantlarının ABŞ-da insanlar üzərində testlərinə sta..

Elon Musk-ın Neuralink layihəsinin rəqibi olan Synchron şirkətinin sözlərinə əsasən onun beyin impla..

×