
Samsung W20 standart qapaqlı flaqman smartfon olmayacaq
Elm & Texnologiya
08.11.2019
Emil
Qapaqlı yeni Samsung W20 smartfon modelinin təqdimatından öncə onun barəsində demək olar bir çox məlumatlar məlum oldu. Lakin yeni məlumat sızıntısı hətta insayderləri də təəccübləndirməyi bacarıb. Belə ki, internetdə bu smartfonun təqdimat tarixini əks etdirən poster təqdim olunub. Lakin həmin posterdə diqqəti daha çox çəkən isə smartfonun dizaynıdır. Fotodan belə qənaətə gəlmək olar ki, Samsung W20 smartfonu heç də standart qapaqlı smartfon olmayacaq.

Bu barədə Gizchina saytı xəbər verib. Təqdim edilmiş posterdə əks olunmuş smartfon dizayn baxımından Galaxy Fold-u xatırladır. Belə ki, o da Galaxy Fold kimi ortadan qatlanma mexanizmi dizaynına sahib olacaq. Posterdə smartfonun hansı ölçüdə ekrana və hansı texniki göstəricilərə sahib olacağı barəsində bir məlumat yoxdur. Əvvəlki məlumat sızıntılarına əsasən smartfon Snapdragon 855 Plus prosessoru, 8/12 GB RAM və 5G modem ilə təchiz olunacaq. Samsung W20-nin təqdimatı 19 noyabr tarixində baş tutacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
