Samsung W20 standart qapaqlı flaqman smartfon olmayacaq

Samsung W20 standart qapaqlı flaqman smartfon olmayacaq

Texnologiya
08.11.2019 PAYLAŞIM

    Qapaqlı yeni Samsung W20 smartfon modelinin təqdimatından öncə onun barəsində demək olar bir çox məlumatlar məlum oldu. Lakin yeni məlumat sızıntısı hətta insayderləri də təəccübləndirməyi bacarıb. Belə ki, internetdə bu smartfonun təqdimat tarixini əks etdirən poster təqdim olunub. Lakin həmin posterdə diqqəti daha çox çəkən isə smartfonun dizaynıdır. Fotodan belə qənaətə gəlmək olar ki, Samsung W20 smartfonu heç də standart qapaqlı smartfon olmayacaq.

    Bu barədə Gizchina saytı xəbər verib. Təqdim edilmiş posterdə əks olunmuş smartfon dizayn baxımından Galaxy Fold-u xatırladır. Belə ki, o da Galaxy Fold kimi ortadan qatlanma mexanizmi dizaynına sahib olacaq. Posterdə smartfonun hansı ölçüdə ekrana və hansı texniki göstəricilərə sahib olacağı barəsində bir məlumat yoxdur. Əvvəlki məlumat sızıntılarına əsasən smartfon Snapdragon 855 Plus prosessoru, 8/12 GB RAM və 5G modem ilə təchiz olunacaq. Samsung W20-nin təqdimatı 19 noyabr tarixində baş tutacaq. 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Google şirkətinin sahibi olan Alphabet holdinqinin bazar dəyəri 1 trilyon dollar..

Google şirkətinin sahibi olan Alphabet holdinqi tarixində ilk dəfə olaraq 1 trilyon dollar bazar dəy..


Poco Xiaomi-dən ayrılaraq müstəqil brendə çevrildi

Keçən ilin yanvar ayında Redmi Xiaomi-dən ayrılaraq müstəqil brendə çevrilmişdi. İndi isə növbə gəli..


Huawei telefonlarında reklam göstərəcək: Şirkət Xiaomi-nin yolundan gedir

Yeni çıxan xəbərlərə görə Huawei artıq telefonlarında reklam göstərəcək. Huawei Ads adında servis ha..


Məşhur iPhone istehsalçısı Foxconn elektromobil istehsalına başlayacaq

Yarımkeçirici məhsulların istehsalı ilə məşğul olan ən böyük şirkətlərdən biri Foxconn Çin bazarı üç..


Huawei şirkəti bu il 5 arxa kameralı P40 Pro Premium Edition smartfon modelini t..

Ortaya çıxmış yeni məlumata əsasən Huawei şirkəti bu il P seriyasında 2 deyil 3 smartfon modeli təqd..


Büdcəli Google Pixel 4a smartfonları barəsində yeni məlumatlar ortaya çıxıb..

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Google şirkəti bu il yalnız 1 ədəd büdcəli P..