
Samsung W2018 qapaqlı flaqman modelinin ilk videosu sızdırıldı
Elm & Texnologiya
20.11.2017
Emil
İnternetdə “Samsung” şirkətinin W2018 adlı yeni qapaqlı flaqman smartfonunun ilk videosu təqdim olunub.
3 dəqiqəyə yaxın olan videoda
yeni smartfonun özəllikləri göstərilib. Güman olunur ki, W2018 8 nüvəli
Snapdragon 835 prosessoru, 6 GB RAM və 64 GB daxili yaddaş ilə təchiz olunacaq.
Bundan əlavə olaraq sözügedən model iki ədəd 4.2 inç AMOLED ekrana, 12 MP-lik
arxa və 5 MP-lik ön kameraya sahib olacaq. Videodan da görmək olar ki, yeni
qapaqlı flaqman modelinin istənilən ekranını bir toxunuşla aktiv etmək mümkün
olacaq. Smartfonun anonsunun 1 Dekabr tarixində baş tutacağı güman olunur.
Lakin ilk mərhələdə o yalnız Çin bazarında satılacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
