Samsung, Xiaomi, Tesla, Apple və s. şirkətlər koronavirus səbəbilə Çindəki fəaliyyətlərini dayandırıblar

Samsung, Xiaomi, Tesla, Apple və s. şirkətlər koronavirus səbəbilə Çindəki fəaliyyətlərini dayandırıblar

Texnologiya
31.01.2020 PAYLAŞIM

    Bir neçə gün bundan öncə məlum oldu ki, Çində yayılmağa başlamış koronavirus səbəbilə Xiaomi şirkəti Çindəki bütün mağazalarının fəaliyyətini dayandırıb. İndi isə digər şirkətlər də Çindəki fəaliyyətlərini bilinməyən müddətə kimi dayandırıblar. Bu barədə BBC saytı xəbər verib. Beləliklə Çin hökuməti bir sıra böyük şəhərlərini izolyasiya edəndən sonra regionda yerləşən bir çox zavodların fəaliyyətlərini dayandırdı. Söhbət, Samsung, Foxconn Pegatron şirkətlərinin zavodlarından gedir.

    Qeyd etmək lazımdır ki, Foxconn və Pegatron zavodlarında Apple şirkətinin iPhone modelləri istehsal olunurlar. Bundan əlavə olaraq Çin hökumətinin qərarına əsasən Tesla şirkəti Şanxaydakı Gigafactory zavodunu da bağlayıb. İlkin qərara əsasən zavoddakı istehsal prosesi 9 fevrala kimi dayandırılıb. Google şirkətinin axtarış servisi Çində aktiv olmasa da onun həmin ölkədə 4 ofisi var. Beləliklə şirkət Çində, Honkonqda və Tayvanda olan ofislərini bağlayıb.


    Şirkət orda qalmış əməkdaşlarına ölkədən çıxaraq bir müddət evdə çalışmalarını məsləhət görüb. Apple şirkəti də Çindəki bütün mağazalarını bağlayıb. Amazon Microsoft şirkətləri öz əməkdaşlarının Çinə iş səfərlərini məhdudlaşdırıblar. Çində olan Ford Toyota zavodlarında da istehsalat prosesi dayandırılıb. Hətta Starbucks da Çində olan 200-dən çox kafesinin fəaliyyətini dayandırıb. Son məlumatlara əsasən Çində koronavirusdan ölənlərin sayı 171 nəfər insan təşkil edib. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk bu ilin sonuna kimi Starlink peyk internetinin mobil olacağına söz ver..

Elon Musk bildirib ki, Starlink peyk interneti 2021-ci ildə tamamilə mobil olacaq və bu da öz növbəs..


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..

×