Reklam
Samsung yeni nəsil Exynos prosessorlarının yaradılması üçün ARM və AMD ilə birləşəcək

Samsung yeni nəsil Exynos prosessorlarının yaradılması üçün ARM və AMD ilə birləşəcək

Texnologiya
13.08.2020 PAYLAŞIM

    Samsung şirkəti təkcə smartfon istehsalı ilə məşğul olmur. O həmçinin öz bəzi smartfonlarında Qualcomm prosessorlarının analoqu kimi çıxış edən Exynos prosessorlarının istehsalını da reallaşdırır. Bəzi insayderlərin məlumatlarına əsasən ABŞ-ın Qualcomm şirkəti ilə ciddi rəqabətə girmək və yeni nəsil mobil prosessor yaratmaq üçün Samsung yaxın zamanda ARM və AMD kimi böyük istehsalçılar ilə birləşəcək. Bu barədə Androidcentral saytı xəbər verib. Keçən ilin noyabr ayında Samsung rəsmi olaraq bildirmişdi ki, o, Exynos prosessorları üçün fərdi nüvələrin istehsalatlarını dayandırır.

    İnsayderlərin verdikləri məlumatlara əsasən yeni nəsil Exynos prosessorları üçün ARM ilə birlikdə Cortex-X nüvələrini hazırlayaraq Samsung şirkəti artıq istehsalı dayandırılmış fərdi nüvələrə ideal analoq tapıb. Məlumata əsasən yeni nəsil Exynos prosessorlarının daha bir üstünlükləri ondan ibarət olacaq ki, onlar AMD tərəfindən yaradılmış qrafik sürətləndiriciyə sahib olacaqlar. Bu üsul ilə Samsung şirkəti Qualcomm-la ciddi rəqabətə girməyi planlaşdırır.


    Məlumata əsasən ARM və AMD ilə birlikdə Cortex-X əsasında yaradılan yeni Eynos prosessorlar Cortex-A77 ilə müqayisədə 30% daha yüksək hesablama performansı sərgiləcəyəcəklər. Məlumatda qeyd edilib ki, hətta ARM-in sonuncu Cortex-78-i də performans baxımından yeni nəsil Exynos-da olacaq nüvələrdən geridə qalacaq. Gözləntilərə əsasən yeni nəsil Exynos prosessorları gələn il təqdim olunacaqlar. Çox güman ki, həmin prosessorlar ilk olaraq Galaxy S30 seriyasının smartfonlarına quraşdırılacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple AirPods Pro 2 qulaqlıqlarının render fotoları və yeni məlumatları təqdim e..

Vaxtı ikən AirPods 3 qulaqlıqlarının fotolarını təqdim etmiş 52audio saytı bu dəfə AirPods Pro 2 qul..


Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı gələn ilin əvvəlində satışa çı..

Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazının satış tarixi barəs..


ABŞ-da bakteriyalar əsasında yeni bioloji batareya yaradılıb

Nyu-York ştatında yerləşən Binhemton Universitetinin mütəxəssisləri bakteriyalar əsasında enerji bat..


Yaxın zamanda smartfonlar üçün 240 vatt gücündə sürətli şarj texnologiyası istif..

İnternet resursların verdikləri məlumata əsasən yaxın zamanda smartfonların batareyaları üçün nəzərd..


Huawei yeni naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib - QİYMƏTİ

Huawei şirkəti naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib.


Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək..

Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən..

×