main-post-cover

    Samsung yeni nəsil OLED ekranların hazırlandığını elan etdi

    Elm & Texnologiya
    28.02.2020
    Farid Pardashunas
        Samsung şirkəti yeni nəsil OLED ekranların hazırlandığını elan etdi. Yeni nəsil OLED ekranların əvvəlki OLED ekranlardan əsas fərqi ondan ibarətdir ki, onlar aşağı enerji sərfiyyatına sahibdirlər. Bundan əlavə olaraq Samsung mühəndisləri göy spektrdə şüalanan işığın səviyyəsini də aşağı salmağı bacarıblar. Bu barədə 4pda saytı xəbər verib. Samsung təmsilçilərinin verdikləri məlumata əsasən yeni nəsil OLED ekranlar yalnız 6.5% göy işıq şüalandırırlar.
        Hal hazırda aktual olan OLED ekranlarda isə bu göstərici 14% təşkil edir. Bir çox tədqiqatlara əsasən məhz göy spektrdə şüalanan işıq insanlarda sirkad ritmini pozur. Nəticədə gecə vaxtlarında smartfondan istifadə edən insanlarda yuxusuzluq və ya pis yuxu halları müşahidə olunur. Enerji sərfiyyatı məsələsinə gəldikdə isə şirkət mühəndisləri 2019-cu ildə istehsal edilmiş OLED ekranlardan fərqli olaraq yeni nəsil OLED ekranlarda onun səviyyəsini 15% aşağı sala biliblər.
        Şirkət qeyd edib ki, 5G şəbəkəsinin inkişafı dövründə bu cür özəllik vacibdir. Belə ki, 5G şəbəkəsi yüksək keyfiyyətli videokontentdən istifadə halını çoxaldacaq. Bu isə öz növbəsində smartfon batareyasının enerjisinin tez zamanda bitməsinə səbəb olacaq. Yeni nəsil OLED matrisalar ekrann çalışma müddətinin yüksəlməsi halında cihazın enerji sərfiyyatını əvvəlki səviyyədə saxlamağa imkan verəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər