
Samsung yeni qatlana bilən smartfon konseptini sərgilədi (VİDEO)
Elm & Texnologiya
30.10.2019
Emil
Samsung şirkəti elastik ekranlarla təcrübələr aparmağa davam edir. Belə ki, tərtibatçılar üçün keçirilmiş konfrans çəçrivəsində şirkət yeni qatlana bilən smartfon konseptinin əks olunduğu qısa videoçarx təqdim edib. Həmin videoda əks edilmiş qatlana bilən smartfon konsepti isə Galaxy Fold-dan tamamilə fərqlənir. Bu barədə The Verge saytı xəbər verib.
Samsung şirkəti bildirib ki, hal hazırda o, elə bir smartfon modeli üzərində çalşır hansını ki, cibə yerləşdirmək çox rahat olsun. Çünki qatlana bilən smartfonlar dövründə bu cür cihazlar həm də kompakt ölçülərə sahib olmalıdırlar. Şirkət təqdim edilmiş konsept modelin texniki göstəriciləri barəsində və bu cür smartfonun nə zaman işıq üzü görəcəyi barəsində bir məlumat verməyib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
