
Samsung yeni qatlana bilən smartfon üzərində çalışır
Elm & Texnologiya
03.09.2019
Emil
Samsung şirkəti ikinci qatlana bilən smartfon modeli üzərində çalışır. Bu barədə Bloomberg saytı xəbər verib. Məlumata əsasən şirkət ikinci qatlana bilən smartfonu 2020-ci ilin əvvəlində təqdim etməyi planlaşdırır. Beləliklə şirkətin yeni qatlana bilən smartfonu barəsində Bloomberg-ə nə məlumdur? Məlumata əsasən smartfonun ekranı daxili hissəyə kvadrat formasında qatlanacaq.
Bunun sayəsində istifadəçi həmin smartfonu rahatlıqla cibinə yerləşdirə biləcək. Smartfonun ekranı 6.7 düym ölçüsündə olacaq. Lakin Galaxy Fold-dan fərqli olaraq tam açıq şəkildə smartfonun ekranı hal hazırki müasir smartfonların ekranlarını xatırladacaq. Buna görə də tətbiq tərtibatçıları öz servislərini xüsusi qatlana bilən ekranlara görə optimizasiya etməli olmayacaqlar.
Bununla yanaşı smartfon ikili arxa kamera və bir ədəd ön kamera əldə edəcək. Ön kamera ekran üzərində yerləşdiriləcək dairəvi çıxıntı hissənin daxilində olacaq. Galaxy Note 10 modelindəki kimi. Samsung bu yeni cihazda müasir texnologiyaları və qapaqlı telefon formatını birləşdirmək istəyir. Məlumatda qeyd edilib ki, yeni qatlana bilən smartfonun satışa çıxması Galaxy Fold-un necə uğurlu olacağından da asılıdır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
