
Samsung yenilənmələri kimi özünü qələmə verən zərərli tətbiq 10 milyon dəfə yüklənilib
Elm & Texnologiya
08.07.2019
Emil
CSIS Security Group şirkətinin mütəxəssisləri Google Play Store-da təhlükəli tətbiq aşkar ediblər. Bu tətbiq artıq 10 milyon dəfə yüklənilib. Bu barədə The Independent saytına istinadən Gagadget saytı xəbər verib. Sözügedən tətbiq Updates for Samsung - Android Update Versions adlanır. Həmin tətbiq vasitəsilə Samsung smartfonlarının istifadəçilərinə əməliyyat sistemi yenilənməsinin rəsmi çıxış tarixini gözləmədən onu yükləmək təklif olunurdu.
Bu tətbiqi pulsuz şəkildə yükləmək olar. Lakin tətbiqi yükləyib ona daxil olandan sonra istifadəçi xüsusi sayta yönləndirilir. Həmin saytda isə ona əməliyyat sistemi yenilənmələrinin təqdim olunması üzrə illik abunənin alınması təklif olunur. İllik abunənin qiyməti 34.99$ təşkil edir. Saytın təklif etdiyi xidmətlər arasında smartfonu istifadəçinin istifadə etdiyi mobil operatordan ayırmaq da var. Bu xidmətin qiyməti isə 19.99$ təşkil edir. Təbii ki, istifadəçi qeyd olunmuş vəsaiti ödəyəndən sonra heç bir xidmət göstərilmir.
Söz verilmiş əməliyyat sistemi yenilənməsi təqdim olunmur, mobil operator isə olduğu kimi qalır. Ödəniş prosesi isə həmin saytdan reallaşdırılır. Bu isə Google Play qaydalarına ziddir. Nəticədə ödənilmiş vəsaiti geri qaytarmaq olmur, istifadəçinin ödəniş məlumatları isə hackerlərin əllərinə keçir. Bu cür dələduzluqlara düşməmək üçün istifadəçilərə yalnız smartfonun ayarları vasitəsilə əməliyyat sistemi yenilənmələrini yükləmək məsləhət görülür.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
