Logo
    main-post-cover

    Samsungun 90 trilyon vonluq planı həm işçiləri, həm investorları sevindirə bilər

        Samsung Electronics çip bölməsinin əməkdaşlarına səhm şəklində bonus ödəmək məqsədilə təxminən 90 trilyon von (təxminən 66 milyard dollar) dəyərində səhm geri alışı həyata keçirməyə hazırlaşır.
    76% of Samsung Electronics' Profits Come from Component Business -  Businesskorea
        Yonhap xəbər agentliyinin məlumatına görə, proqramın üç il ərzində mərhələli şəkildə icra olunması planlaşdırılır və ilk geri alışlar artıq iyul ayında başlaya bilər. Layihənin qüvvəyə minməsi üçün şirkətin Direktorlar Şurasının təsdiqi tələb olunur. Ötən ay əldə olunan əmək müqaviləsinə əsasən, Samsung Device Solutions yarımkeçirici bölməsinin əməkdaşlarına şirkətin əməliyyat mənfəətinin təxminən 10,5%-i həcmində xüsusi bonus veriləcək. Bonuslar nağd pul əvəzinə səhm formasında ödəniləcəyindən, Samsung əvvəlcə həmin səhmləri bazardan geri almalıdır.
        Məlumata görə, bonus proqramının ümumi dəyəri növbəti üç il ərzində təxminən 154 trilyon vona çata bilər. İşçilər aldıqları səhmlərin üçdə birini dərhal, qalan hissələrini isə növbəti iki il ərzində mərhələli şəkildə sata biləcəklər. Razılaşma Samsung-un ən böyük həmkarlar ittifaqı ilə uzun sürən danışıqlardan sonra əldə olunub. Tərəflər arasında fikir ayrılığı əməkdaşların mənfəətdən daha yüksək pay tələb etməsi səbəbindən yaranmışdı və hətta genişmiqyaslı tətil riski də gündəmə gəlmişdi.
        Analitiklər hesab edirlər ki, bu addım təkcə işçilərin mükafatlandırılması məqsədi daşımır. Eyni zamanda, uzun illərdir xarici investorların tələb etdiyi səhmdar gəlirlərinin artırılması istiqamətində də mühüm siqnal hesab olunur. Samsung səhmlərinin belə böyük həcmdə geri alınması şirkətin bazar dəyərinə də müsbət təsir göstərə bilər.
     
    Paylaş