Reklam
Saniyədə 100 Mbit sürət: Starlink öz imkanlarını təyyarə sərnişinlərinə sərgiləyib

Saniyədə 100 Mbit sürət: Starlink öz imkanlarını təyyarə sərnişinlərinə sərgiləyib

Texnologiya
19.09.2022 PAYLAŞIM

    SpaceX şirkəti Starlink peyk internetinin yer səthindən 9000 metr hündürlükdə Youtube Netflix-i əlçatan etdiyini bütün dünyaya sərgiləmək istəyir. Bunun üçün şirkət öz ilk müştərisinin təyyarəsində test uçuşunu reallaşdırıb. Qeyd etmək lazımdır ki, JSX adlı regional aviaşirkət SpaceX-in Starlink peyk internetinə qoşulmuş ilk müştərisidir. Test uçuşunda Bloomberg saytının və digər media agentliklərinin nümayəndələri iştirak ediblər. “Mən heyrətlənmiş vəziyyətdəyəm. Bu, mənim bütün gözləntilərimi geridə qoydu” - deyə JSX şirkətinin icraçı direktoru Alex Wilcox qeyd edib. Onun heyrətə gəlməsinin əsas səbəbi isə ondan ibarət olub ki, test uçuşu çərçivəsində təyyarə Kaliforniya səmasında olan zaman o, problemsiz şəkildə internetdən istifadə edə bilib və hətta Whatsapp üzərindən səsli zənglər də reallaşdırıb.

Speedtest məlumatlarına əsasən uçuş zamanı Starlink-in sürəti daimi olaraq saniyədə 100 Mbit-dən daha çox olub.

    Təyyarə daxilində 10-larla insan mövcud olub və onların hamısı internet sürətinin və şəbəkə keyfiyyətinin testi ilə məşğul olublar. Təyyarə daxilində olmuş əlavə cihazlar isə internet sisteminin əlavə 20-30 nəfər vasitəsilə yüklənməsini imitasiya edirdilər. Müqayisə üçün qeyd etmək lazımdır ki, American Airlines şirkətinin Airbus təyyarəsi Viasat şirkətinin təchizatları vasitəsilə 100 nəfər sərnişini saniyədə 2.2 Mbit internet sürəti ilə təmin edir. Berbankdan San-Xoseyə olmuş qısa uçuş vasitəsilə Elon Musk bu biznesin bir hissəsinin minlərlə təyyarəyə xidmət göstərən Viasat və Intelsat kimi peyk provayderlərinin əllərindən alınması üzrə ilk cəhdini edib. “Starlink ciddi rəqib hesab edilirmi? Bəli. Lakin biz inanmırıq ki, kimsə bizə qalib gələ bilsin” - deyə Intelsat şirkətinin kommersiya aviasiyası üzrə prezidenti Jeff Sare qeyd edib.


Starlink texnologiyasının sahib olduğu əsas mənfi özəllik ondan ibarətdir ki, onun kiçik ölçülü peykləri məlumatların aşağı ötürülmə qabiliyyətinə sahibdirlər. Nəticədə həmin peyklər böyük ölçülü təyyarələrdəki sərnişinlərin internet trafiklərinin öhdəsindən gəlməyə bilərlər.

    Bununla belə SpaceX qeyd edib ki, bu cür pessimistik proqnozlar sistemin yüksək sürətlə inkişaf etmə faktını nəzərə almırlar. Starlink-in müsbət özəllikləri arasında siqnalın sürətlə ötürülməsi və siqnalı qəbul edən antenin ölçüsü var. Starlink-in yastı anteni pizza qutusu ölçüsündədir. O, ölçü baxımından digər peyk provayderlərinin istifadə etdikləri hərəkətli antenlərdən daha kiçikdir və bunun hesabına təyyarədə daha az yer tutur. Bu cür özəllik öz növbəsində JSX kimi regional təyyarlərdən istifadə edən aviaşirkətlər üçün böyük məna kəsb edir. “Anten heç şübhəsiz regional təyyarələrin göydə olduqları zaman onların internetlə təmin edilməsi üzrə kommersiya məqsədli müqavilələrin əldə olunması üçün vacib bir üstünlükdür. Aviaşirkətlər yaxın illərdə minlərlə təyyarədə köhnəlmiş və ləng internet sistemlərini təkmilləşdirməyi planlaşdırırlar və Starlink bu cür müqavilələrin əldə edilməsi yolunda əsas namizəddir” - deyə William Blair & Co. şirkətinin analitiki Louie DiPalma qeyd edib. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google bütün düymələri bir sırada yerləşən uzunsov klaviatura hazırlayıb (VİDEO)..

Google şirkətinin Yaponiya şöbəsi sözün əsl mənasında qəribə cihaz təqdim edib. Söhbət, Gboard Bar a..


Apple yaxın gələcəkdə iPhone-larda Touch ID texnologiyasına geri qayıdacaqmı?..

Apple 2017-ci ildə iPhone X-dən başlayaraq öz flaqman smartfonlarında Touch ID texnologiyasından imt..


Nothing Ear (Stick) adlı yeni naqilsiz qulaqlıqların görünüşləri sərgilənib..

İyul ayında öz ilk smartfon modeli olan Nothing Phone (1)-i təqdim etmiş Nothing şirkəti yeni naqils..


Alimlər insulini orqanizmə iynəsiz çatdıra bilən robotlaşdırılmış dərman kapsulu..

Massaçusets Texnologiya İnstitutunun alimləri RoboCap adlı robotlaşdırılmış dərman kapsulunu yaradıb..


Elon Musk Tesla Optimus adlı robotun iki yeni prototipini təqdim edib (VİDEO)

Keçən həftənin sonunda baş tutmuş Tesla AI Day 2022 tədbiri çərçivəsində Elon Musk Tesla Optimus adl..


Havadan CO2 qazını yığan qurğuların ABŞ-da inşasına start verilib

ABŞ-da Project Bison adlı layihəyə start verilib. Sözügedən layihə havadan CO2 qazının yığılmasına v..

×