Saniyədə 7 Gbit yükləmə sürəti: Qualcomm şirkəti Snapdragon X55 adlı yeni 5G modemi təqdim etdi

Saniyədə 7 Gbit yükləmə sürəti: Qualcomm şirkəti Snapdragon X55 adlı yeni 5G modemi təqdim etdi

Texnologiya
20.02.2019 PAYLAŞIM

    Keçən ilin sonunda Qualcomm şirkəti smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon X50 adlı özünün ilk 5G modemini təqdim etmişdi. Baxmayaraq ki, 5G şəbəkəsi hələ test rejimində çalışır və onun dəstəyini əldə edəcək smartfonlar hələ satışa çıxmağa hazırlaşırlar, Qualcomm şirkəti öz 5G modeminin ikinci nəslini təqdim edib. Söhbət, Snapdragon X55 adlı 5G modemdən gedir. Bu barədə Gagadget saytı xəbər verib

    Yeni 5G modemin əsas özəlliyi isə onun yükləmə sürətindədir. Belə ki, Snapdragon X55 modemi saniyədə 7 Gbit yüklənməni təmin edir. Keçən ilin sonunda təqdim edilmiş Snapdragon X50 modemi isə saniyədə 5 Gbit yüklənməni təmin edir. Bununla yanaşı Snapdragon X50 modemi yalnız smartfonlar və Wi-Fi şəbəkələri üçün hazırlanıb. Lakin Snapdragon X55 modeminin istifadə sahəsi daha genişdir: Flaqman smartfonlar, stolüstü kompüterlər, mobil internet şəbəkələri, noutbooklar, planşetlər, artırılmış reallıq cihazları və avtomobil sistemləri.

Bənzər xəbər



    Snapdragon X55 modeminin digər özəllikləri arasında həmçinin 5G-ə 6 GHz-dən aşağı tezlik diapazonu üçün adaptiv antenlərin dəstəyi, Qualcomm mmWave adlı yeni anten modulları ilə uyğunlaşma, avtonom 5G şəbəkələrinin dəstəyi və müxtəlif tezliklərdə eyni anda məlumatların qəbul olunması ilə göndərilməsi üçün nəzərdə tutulmuş Frequency Division Duplex (FDD) texnologiyasının dəstəyi var. Yaxın müddət ərzində Qualcomm şirkəti yeni Snapdragon X55 modemini əməkdaşlıq etdiyi şirkətlərə göndərəcək. Lakin bu modem ilə təchiz olunacaq smartfonları yaxın zamanda gözləmək lazım deyil. Həmin smartfonlar yalnız ilin sonuna yaxın təqdim olunacaqlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Jeff Bezos-un Blue Origin şirkəti Orbital Reef adlı orbital kosmik stansiyasını ..

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti Orbital Reef adlı özəl orbital kosmik stansiyanın yarad..


Elon Musk-ın Boring Company şirkəti Las-Veqasda 51 stansiyalı yeraltı tunellər s..

Nevada ştatının Klark adlı dairəsi Elon Musk-a məxsus olan Boring Company şirkətinin planına razılıq..


Apple M1 Max-ın qrafik çipi bençmark testlərində Nvidia GeForce RTX 2080 Super-i..

Reddit istifadəçilərindən biri Apple şirkətinin yeni prosessoru olan M1 Max-ın sahib olduğu qrafik ç..


Məşhur insayder Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumat..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Snapdragon 898 ilə MediaTek Dimensity 2000 proses..


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..

×