Logo
    main-post-cover

    Satıcıların, kassirlərin olmadığı Amazon Go mağazası istifadəyə verildi

    Elm & Texnologiya
    22.01.2018
    Emil
     “Amazon” şirkəti ABŞ-ın Sietl şəhərində tamamilə avtomatlaşdırılmış Amazon Go mağazasını istifadəyə verdi.
    Bu mağazada heç bir işçi və ya kassa yoxdur. Bu barədə New York Times saytı xəbər verib. Mağazaya daxil olmaq olmaq üçün alıcı öz smartfonunda Amazon tətbiqini işə salaraq girişdə olan teminaldakı QR kodu skan etməlidir. Mağazanın sahəsi 167 kvadrat metr təşkil edir. Mağazada satılanlar arasında qida, içki, hazır yemək və Whole Foods supermarketlər şəbəkəsindən olan məhsullar var.

    Amazon Go-da məhsulları yerləşdirmək üçün səbətlər və ya arabacıqlar yoxdur. Alıcı götürdüyü məhsulu dərhal öz çantasına qoya bilər. Sistem avtomatik şəkildə seçilmiş məhsulu virtual hesaba daxil edir. Əgər alıcı fikrini dəyişib məhsulu yerinə qaytarsa sistem həmin məhsulu virtual hesabdan çıxardacaq. Mağazadan çıxanda isə sistem avtomatik olaraq bütün əldə olunmuş məhsulları təyin edəcək və onların ödənişini istifadəçinin Amazon hesabındakı vəsait vasitəsilə reallaşdıracaq.

    Alıcıların alış-veriş proseslərini mağazanın tavanında yerləşdirilmiş yüzlərlə kiçik kameralar izləyir. “Amazon” şirkətinin təmsilçiləri bu avtomatik sistemin necə çalışdığı barəsində məlumat verməyiblər. Amazon Go-da satıcılar yoxdur. Orda yalnız satış üçün yemək hazırlayan aşpazlar və alıcılara lazımi məhsulların tapılmasında və texniki problemlərin aradan qaldırılmasında yardımçı olan bir neçə mütəxəssis çalışır.

    Mağazanın alkoqol hissəsində isə alıcının hansısa məhsulu götürməmişdən öncə onun sənədlərini yoxlayan əməkdaş var. İlk dəfə şirkət Amazon Go mağazasını Sietl şəhərində 2016-cı ilin Dekabr ayında təqdim etmişdi. Bütün bu müddət ərzində mağaza test rejimində çalışırdı və yalnız şirkət işçiləri üçün aktiv idi. Şirkət bu layihə üzərində 4 il çalışıb.

    Paylaş
    Bənzər xəbərlər