main-post-cover

    Satışa yenicə çıxmış iPhone 8 Plus, şarj zamanı partladı

    Elm & Texnologiya
    29.09.2017
    Farid Pardashunas
    Satışına yenicə start verilmiş iPhone 8 Plus modellərindən biri, şarj zamanı partladı.

    Tayvan xəbər agentliklərinin məlumatlarına əsasən Wu adlı qadın özünə qızılı rəngdə 64 GB daxili yaddaşa sahib iPhone 8 Plus alıb. Smartfon, 3 gün çalışandan sonra şarj zamanı partlayıb. Qadın, iPhone 8 Plus-ı şarja qoyanda, cihazın 70% enerjisi olub. Lakin smartfonu şarja yerləşdirəndən 3 dəqiqə sonra o partlayıb və onun arxa paneli, korpusdan ayrılıb.

    Bununla yanaşı qadın bildirib ki, şarj cihazı orijinal olub. Həmçinin o qeyd edib ki, iPhone 4-dən başlayaraq “Apple” məhsullarından istifadə edir və indiyənə kimi belə bir problem yaşamayıb. Məlumata əsasən partlamış iPhone 8 Plus, partlayışın səbəblərinin araşdırılması üçün zavoda göndərilib. Hələ ki, bu hadisənin irimiqyaslı olduğunu qeyd etmək üçün heç bir əsas yoxdur. Lakin onu da qed etmək lazımdır ki, bu cür hadisə həmçinin Yaponiyada da baş verib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər