Satya Nadella: 'Windows Microsoft şirkəti üçün artıq prioritetli deyil'

Satya Nadella: 'Windows Microsoft şirkəti üçün artıq prioritetli deyil'

Texnologiya
08.10.2019 PAYLAŞIM

    Microsoft dedikdə bir çoxlarının ağıllarına ilk növbədə Windows əməliyyat sistemi gəlir. Lakin yaxın zamanda bu vəziyyət dəyişə bilər. Belə ki, Microsoft şirkətinin rəhbəri bildirib ki, şirkətin yeni prioritetləri yaranıb. Bununla yanaşı o, Microsoft-un Google ilə əməkdaşlığından da danışıb. Bu barədə The Verge saytı xəbər verib. Microsoft şirkətinin CEO-su Satya Nadella bildirib ki, Windows əməliyyat sistemi şirkət üçün artıq ən vacib səviyyə sayılmır. Onun sözlərinə əsasən yaxın gələcəkdə şirkətin əsas prioriteti Microsoft Graph layihəsi olacaq.

    Bu, müxtəlif cihazları Microsoft şirkətinin bulud servisləri ilə birləşdirən API-lar yığımıdır. Bununla yanaşı Microsoft şirkəti Google ilə əməkdaşlıq miqyasını da genişləndirməyi plalaşdırır. Bir neçə müddət bundan öncə təqdim edilmiş Surface Duo smartfonu məhz Android əməliyyat sistemi vasitəsilə çalışır. Həmin təqdimat zamanı Microsoft bildirmişdi ki, o, Google ilə birlikdə iki ekranlı cihazlar və digər layihələr üzərində çalışır.

    Satya Nadella onu da qeyd edib ki, şirkətin korporativ müştəriləri hələ də Windows əməliyyat sisteminə və şirkətin Micrososft Offce kimi tətbiqlərinə üstünlük verirlər. Lakin kompüterlər bazarı yavaş-yavaş mobil seqmentə inteqrasiya edilir. Artıq daha çox tətbiq krossplatform xarakteri daşıyır və klassik əməliyyat sistemləri yerinə veb texnologiyalardan istifadə edirlər. Şirkətin əsas məqsədi isə fərdi proqram təminatlarını tərtibatçıların müxtəlif əməliyyat sistemləri ilə uyğunlaşmasını təmin etməkdir. Müxtəlif platformalarda çalışan tətbiqlər barəsində məlumatı isə Satya Nadella yaxın aylar ərzində verəcəyini bildirib.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Elon Musk-ın Roadrunner adlı gizli layihəsi: Daha ucuz və yüksək həcmli batareya..

 Son bir neçə ay ərzində Tesla şirkəti öz elektromobilləri üçün batareya istehsalı ilə özünün məşğul..


Citroen şirkəti 4 iPhone qiymətinə satılan Ami adlı elektromobili təqdim etdi (V..

Avtomobil istehsalçısı olan Citroen orijinal dizayna və ultrakompakt ölçüyə sahib Ami adlı elektromo..


Huawei, dünyanın ilk Wi-Fi 6+ routerini təqdim etdi: HarmonyOS ilə işləyəcək..

Huawei bəzi 5G cihazlarını təqdim edərkən Wi-Fi 6+ texnologiyasına malik olan dünyanın ilk routerini..


Samsung yeni nəsil OLED ekranların hazırlandığını elan etdi

Samsung şirkəti yeni nəsil OLED ekranların hazırlandığını elan etdi.


HTC şirkəti Wildfire R70 adlı yeni büdcəli smartfonunu təqdim etdi

Uzun zaman ərzində barəsində səs-səmir gəlməyən HTC şirkəti yeni ildə ilk smartfon modeli olan Wildf..


109 illik qısa film Süni Zəka vasitəsilə 4K keyfiyyətə yüksəldildi

1911-ci ildə çəkilən qısa film Denis Shiryaev tərəfindən 4K keyfiyyətə süni zəka vasitəsilə yüksəldi..