
Selfie ehtirası insanların başına iş açmağa davam edir. İndi də bir sərgidə selfie çəkmək istəyən qadın, selfie çəkərkən 200.000 dollar dəyərində heykəllərin sınmasına səbəb oldu.
Dünyada selfie çılğınlığı başladığından bu yana həm gülməli,
həm də çox təəssüf ki bədbəxt hadisələrin yaşandığını görürük. Selfie çəkərkən həyatını itirən
və ya yaralanan insanlar bir yana, bir də olduğu ətraf mühitə zərər verən
insanlar var.
Hətta bu problemin ciddiyətini anlayan bir çox məşhur muzeylər selfie çubuğunu və selfie çəkməyi muzeydə qadağan edib. Lakin hər yerdə bu qadağa olmadığından maraqlı hadisələr yaşanmağa davam edir.
Los Angeles da bir sərgidə "The 14th Factory" binasında yaşanan qəza, bir çox əsərin zərər görməsinə səbəb olub.
Aşağıdakı təhlükəsizlik kamerasıyla çəkilmiş videodan da göründüyü kimi bir qadın, əsərlə birlikdə selfie çəkmək üçün yerə doğru əyilir. Ancaq tarazlığını yaxşı nizamlamadığı üçün platformaya dəyir və əsərlər eyni domino daşları kimi yerə düşməyə başlayır.
Mövzu ilə əlaqədar danışan sərginin sənətçilərindən Gloria
Yu, üç əsərin təmir edilə bilməyəcək şəkildə olduğunu, digər əsərlərdə isə bəzi zərərlərin meydana gəldiyini söyləyərək toplamda 200 min dollarlıq bir zərərin olduğunu ifadə edib.
Şərh yoxdur