main-post-cover

    Sənəd dövriyyəsinin uğurlu optimallaşdırılması: MFP Konica Minolta Bizhub 227

    02.02.2018
    Farid Pardashunas
        Konica Minolta bizhub 227 A3 ağ-qara ofis multifunksional printerinin (MFP) nə edə biləcəyini yoxladıq və aldığımız nəticələrini sizinlə bölüşmək qərarına gəldik.
        İldən-ilə müasir müəssisə və təşkilatlarda sənəd dövriyyəsi artmaqdadır və bunun nəticəsi olaraq işçilər iş prosesini optimallaşdırmaq problemi ilə qarşı-qarşıya qalırlar. Bütün proseslərin optimallaşdırlması ilə yanaşı, biznesin səmərəliliyi bu problemin həllindən asılıdır. Konica Minolta şirkəti Azərbaycan bazarına kiçik və orta müəssisələr üçün nəzərdə tutulan monoxrom lazer multifunksional Konica Minolta bizhub 227 modelini təqdim etdi. Bu avadanlıq iş proseslərini sadələşdirəməyə imkan verir ki, bunun da nəticəsində şirkət öz resurslarına əhəmiyyətli dərəcədə qənaət etmiş olur. Bəs Konica Minolta bizhub 227 avadanlığında qənaət nəyin hesabına əldə edilir?
        Test edilmiş bu apparatın spesifikasiyası belədir: 250 GB həcmli sabit yaddaş, ikiüzlü çap modulu, 1100 vərəq tutumlu kasset və avtomatik sənəd ötürücülü (ADF) şüşə skaner və s. Lakin qeyd etmək lazımdır ki, ADF əlavə opsiyadır. Ümumiyyətlə, bu qurğunun konsepsiyası maraqlıdır – istehsalçı məhsuldar skan, sürət çıxarma və çapı özündə birləşdirən baza modulunu təklif edir. Bundan əlavə, müştərinin tələbi ilə avadanlıq faks, ADF, lotoklar, tumbalar, finişerlər, təhlükəsizlik qurğusu və s.kimi əlavə funksiyalarla təchiz oluna bilər. Opsiyalar artdıqca avadanlığın yekun ümumi qiyməti də artır.
        Bizhub 227 avadanlığı öz sinfinin avadanlıqları ilə müqayisədə çox daha kiçik ölçülərə malik olduğu üçün çox yer tələb etmir: 585 × 660 × 735 mm. Böyük və yüksək keyfiyyətli 7 düymlük sensor ekranı köməyi ilə, avadanlığı müstəqil rejimdə idarə edə bilərsiniz. Yüngül bir toxunuşla işə salınır. Əsas menuda bir çox parametrlər vardır, ilk baxışdan bu qarışıqlığa səsbəb ola bilər, lakin funksiyalar məntiqi ardıcıllıqla yerləşdirildiyi üçün onu idarə etmək çox sadədir. Qeyd edək ki, qurğu açıq proqram platformasından istifadə edir və interfeysi dəyişməyə imkan verir, beləliklə onu öz məqsədləriniz üçün tam uyğunlaşdırmaq olar.
        Avadanlığı yalnız yerli ofis şəbəkəsinə deyil, həmçinin USB interfeysi vasitəsilə birbaşa PC-yə də qoşmaq mümkündür. Bu, sənədlərin A3 ölçüdə monoxrom çap olunması və rəngli skan olunmasına ehtiyacı olan kiçik şirkətlər üçün aktualdır.
        Araşdırdığımız model, skaner şüşəsi üzərində avtomatik sənəd ötürücüsü ilə təchiz olunmuşdur. Sənədlərin böyük bir hissəsini A3 formatında skan etmək və ya sürətini çıxartmaq lazımdırsa, qeyd etdiyimiz modul əvəz olunmazdır və cihaz sənədlər ilə olduqca zərif davranır ki, bu alternativ cihazlarda çox az təsadüf olunan bir haldır. Skanerin ofis avadanlıqları üçün tipik olan 600 × 600 dpi sıxlığı orijinalların dəqiq rəqəmsal surətlərini çıxarmağa imkan verir. Bundan əlavə, sənədlərdə iş prosesində düzəliş etmək mümkündür. Boş səhifələrin avtomatik kəsilməsi, hamarlaşdırılması, tanınması və silinməsi dəstəklənir. Alınan nüsxələri daxili MFP sabit yaddaşına, xarici USB-ötürücüyə (bunun üçün birləşdiricisi mövcuddur) və ya şəbəkədə daxili qovluğa və elektron poçtla göndərmək olar. Skan edilmə sürəti yüksəkdir, 300 dpi orijinal rəngli A4 formatının emalı təxminən 8 saniyə çəkir. 10 vərəqin sürət çıxarılması üçün isə təxminən 25 saniyə lazımdır. İşləyərkən səs-küy səviyyəsi nisbətən azdır.
        Çap zamanı hər biri 500 ədəd A3 formatında vərəqləri saxlayan iki ötürücü kassetlərdən istifadə olunur. Bununla yanaşı 100 ədədə qədər tutumu olan əl lotoku istifadə olunur. Böyük həcmdə çap olunduqda əlavə kaset modulları quraşdıraraq ümumi tutumu 3600 vərəqə qədər artırmaq olar. Çap qurğusunda tövsiyyə olunan aylıq yük 10 min səhifəyədəkdir. Çapın sürəti dəqiqədə 22 səhifədir.
        Sənədlərin yad ələ keçməməsi üçün yalnız PİN kod deyil, həmçinin əlavə proqram təminatı tələb etməyən ID&Print access nəzarət sistemini qurmaq olar.
        Bu modeldə mobil çap funksiyasına daha çox diqqət yetirilir. Belə ki, cihazın ön hissəsində bir NFC nöqtəsi vardır ki, buna smartfon və ya planşetlə toxunduqda çap və ya skan prosesini başlatmaq mümkün olur. Lakin bunun üçün mobil cihazlara əlavə proqram təminatı yükləmək lazımdır. Apple AirPrint vasitəsilə Apple gadget'lərından birbaşa çap etmək dəstəyi verilir. Həmçinin müxtəlif cloud xidmətləri ilə inteqrasiya etmək mümkündür.
        Avadanlığın printeri həm mətnin, həm də müxtəlif ölçülü və işgüzar cədvəllərin çıxışını uğurla həyata keçirir. Ştrix şəkillərini əla çap edir.
        Tonerin sərfiyyatına qənaət etmir, sadəcə lazım olduğu qədər istifadə edir! Konica Minolta bizhub 227 ilə istifadə üçün nəzərdə tutulmuş qara toner kartrici 23000 ədəd A4 çap etməyə kiafəyət edir ki, bu da analoji maşınlarla müqayisədə çox təsirli bir fərqdir. Bu iqtisadi baxımdan da çox sərfəlidir. 1 ədəd A4-ün çap maya dəyəri 0,007 AZN (yəni, 100 səhifəsi 70 qəpik) təşkil edir ki, bu hətta dolumla çalışan printerlərlə də müqayisədə möhtəşəm bir üstünlükdür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər