Logo
    main-post-cover

    'Səs, növbəti 10 ilin əsas texnoloji trendi olacaq'

    Elm & Texnologiya
    28.09.2017
    Emil
    Siri səsli assistantının yaradıcılarından biri olan Adam Cheyer, növbəti 10 il üçün kompüter texnologiyalarının inkişafı barəsində özünün nöqteyi nəzəriyyəsini təqdim edib.
    Onun söylədiklərini, Venturebeat saytı təqdim edib. Onun fikrincə növbəti 10 illiyin əsas trendi, səs interfeysləri və assistantları olacaq. Cheyer və onun dostlarına, səslə idarəetmə sahəsində vacib layihələr məxsusdur. 2010-cu ildə onlar tərəfdən yaradılmış Siri-ni, “Apple” şirkəti aldı. Daha sonra onlar yeni bir səsli assistant yaratmaq üçün yenidən bir araya gəldilər. Nəticədə onlar “Viv Labs” adlı şirkəti yaratdılar. 2012-ci ildə isə onu “Samsung” şirkəti, 215 milyon dollara aldı.

    Belə ki, o da, “Apple” kimi öz cihazlarına səsli assistantı inteqrasiya etmək istəyirdi. Cheyer-in fəlsəfəsinə əsasən hər 10 ildə kompüter və müxtəlif cihazlar sahəsində, gələcəyin trendlərini müəyyən edən əsas və vacib trendlər yaranır. 1980-ci illərdə personal kompüterlər yayıldı, 1990-cı illərdə internet yaranmağa başladı, 2007-ci ildə isə günümüzdəki smartfonların trendini vermiş iPhone yarandı. Cheyer-in fikrincə kompüter tenologiyalarının növbəti 10 il üçün olacaq əsas trendi səsli assistantlar olacaq.

    O düşünür ki, insanlar bu trendə artıq hazırdırlar və lazımi texnologiyalar artıq yaradılıb. Sadəcə olaraq onların inteqrasiya olunmasını gözləmək laızmdır. Cheyer bildirib ki, günümüzdə texnologiyalarla əlaqəsi olan hər bir şirkət, sözügedən texnologiyaya milyonlarla dollar investisiya yatırır. Bütün bunlar, növbəti 10 ildə insanların, robotlarla ünsiyyət qurmaları üçün mühitin yaradılmasına imkan verir. O bu vəziyyəti, internetin inkişafı ilə müqayisə edib.

    Belə ki, ilk saytlar o qədər də cəlbedici deyildilər. Lakin onlar inkişaf edərək insanların gündəlik həyatlarının bir hissəsinə çevrildilər. Bu cür vəziyyət səsli assistantlarla da baş verəcək. Səsli assistantların, həyatın bir hissəsinə çevrilməsi vəziyyəti hələ təzə-təzə özünü göstərir. Onlar daha intellektual olduqları üçün, istifadədə daha da rahat olurlar. ABŞ-da artıq səsgücləndirici istehsalçıları arasında aktiv rəqabət gedir. İstifadəçilər isə onların ağıllı funksiyalarından istifadəyə üstünlük verirlər.
    Paylaş
    Bənzər xəbərlər