Səslərin dinlənməsi, kameraların izlənməsi və s.: Facebook'un ən qəribə texnoloji patentləri

Səslərin dinlənməsi, kameraların izlənməsi və s.: Facebook'un ən qəribə texnoloji patentləri

Texnologiya
29.06.2018 PAYLAŞIM

    New York Times qəzeti Facebook şirkətinin qeydiyyatdan keçirtdiyi ən qəribə patentlər siyahısını təqdim edib. Siyahıda qeyd edilib ki, qeydiyyatdan keçirilmiş bütün patentlər hal hazırda reallaşdırılmır. Onlarda bir çoxları əvvəlcədən patent qeydiyyatından keçirilib ki, şirkətin rəqibləri onu üstələməsin. Məsələn patentlərdən biri istifadəçinin cihazındakı kameradan videonu əldə edib onu analiz edərək istifadəçinin əhval ruhiyyəsini təyin edir.

    Bu, istifadəçinin sosial şəbəkədəki ana səhifəsində gördüyü hansısa bir şeyə göstərdiyi reaksiya vasitəsilə mümkün olur. Digər bir patent isə istifadəçinin cihazındakı miktrofon vasitəsilə yazılan səslərin analizi üçün nəzərdə tutulub. Bu cür üsulla sosial şəbəkə əməkdaşları istifadəçinin hansı televiziya və ya internet şuolarına baxdığını müəyyən edə biləcəklər. Daha bir neçə texnoloji patent istifadəçinin evlilik, ölüm tarixlərini və sosial-maliyyə statusunun təyin olunması üçün yönəlib.


    Facebook-un yüzlərlə patentini incələdikdə görmək olar ki, şirkət hər bir istifadəçisinin həyatının istənilən sahəsinin izlənməsi imkanına sahibdir. Siz hardasınız, kiminlə zaman keçirdirsiniz, romantik münasibətləriniz varmı, hansı brendlər və siyasətçilər haqqında danışırsınız və s. Facebook dəfələrlə bildirib ki, patent sorğularını şirkətin mütləq planları kimi hesab etmək lazım deyil. Siyahıda qeyd olunmuş patentlərin böyük bir hissəsi istifadəçi məlumatlarının yığılması ilə bağlıdır. Facebook şirkətinin vitse-prezidentinin sözlərinə əsasən bu potensial texnologiyaların böyük bir hissəsindən gələcəkdə istifadə planlaşdırılmır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


SpaceX-in Starship kosmik gəmisinin yeni prototipinin uçuş testi uğurla yekunlaş..

Uğursuz olmuş test uçuşlarından sonra SpaceX-in Starship kosmik gəmisinin Starship SN15 adlı yeni pr..


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.


Mütəxəssislər ən ağıllı səsli köməkçini təyin ediblər

Bespoken adlı şirkət Apple, Amazon və Google şirkətlərinin səsli köməkçilərinin funksionallıqlarının..


Yeni nəsil Apple Watch-da qandakı şəkər miqdarının ölçülməsi texnologiyası reall..

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti yeni nəsil Apple Watch smart saatlarına qanda..


Neyrointerfeys köməyi ilə fikir gücü sayəsində ekzoskelet idarəsini reallaşdırma..

Şimali Karolina Universitetinin tədqiqatçıları tərəfindən yaradılmış neyrointerfeysin effektiv çalış..

×