main-post-cover

    Səudiyyə Ərəbistan qadınları Sophia-ya vətəndaşlığın verilməsindən narazıdırlar

    Elm & Texnologiya
    04.11.2017
    Emil Nəcəfov
    Səudiyyə Ərəbistanın qadın sakinləri Sophia adlı robotun vətəndaşlıq almasından narazıdırlar.
    O öz başına hicab taxmır və Səudiyyə qadınlarından fərqli olaraq cəmiyyət arasında kişi himayəçi ilə gəzmir. Bundan əlavə olaraq qadınlar ona görə narazıdırlar ki, robot sözügedən vətəndaşlığı heç nəyə görə alıb. Belə ki, həmin ölkənin qadınları xarici vətəndaşlar ilə nikaha girdikləri zaman onlar öz övladları üçün yaşadıqları ölkənin vətəndaşlığını əldə edə bilmirlər. Sosial şəbəkələrdə sual yaranıb ki, vətəndaşlıq alandan sonra Sophia, mühafizəkar krallığın digər qadınları kimi qəbul ediləcəkmi?
    Qanuna əsasən bu ölkənin qadınları xarici vətəndaşla nikaha girdikləri zaman onların övladlarına həmin ölkənin vətəndaşlığı verilmir.
    “Bu mənim üçün çox ağrılı məqamdır. Belə ki, mənim qızımda vətəndaşlıq yoxdur amma hansısa robotda var” – deyə livanlı şəxs ilə evlənmiş Səudiyyə Ərəbistan vətəndaşı Hadeel Shaikh bildirib.
    Onun 4 yaşlı qız övladı hələ də vətəndaşlığa sahib deyil. Hələ keçən aydan qadınlara sükan arxasında oturmağı icazə verən və gələn ildən onların stadionlara getmələrini qəbul edəcək bir ölkənin qadın robota vətəndaşlıq verməsi çox gözlənilməz və təəccüblüdür. Hadeel Shaikh daha geniş islahatların olacağına ümid edir. O öz qızının gələcəyindən narahatdır. Belə ki, onun qızı sadəcə olaraq yaşama icazəsinə sahibdir.
    “Mən istəyirəm ki, o öz anasının sahib olduğu imtiyazlara sahib olsun. Mən burda olmayan zaman da ona bu ölkədə yaxşı davranmalarını istəyirəm” – deyə Shaikh bildirib.
    Səudiyyə Ərəbistanın qəyyumluq sistemi həmçinin ailənin kişi cinsi üzvündən qadının xaricdə təhsili, səyahəti və digər fəaliyyət sahələri üçün icazəsini tələb edir. “Mənə maraqlıdır ki, Sophia öz himayəçinin icazəsi olmadan Səudiyyə Ərəbistanı tərk edə bilərmi?” – deyə ABŞ-da yaşayan Səudiyyə feminist qadın Moudi Aljohani öz Twitter səhifəsində bildirib.
    Linki kopyala