
Səudiyyə Ərəbistanında futuristik şəhərin tikintisinə start verilib
Elm & Texnologiya
18.02.2025
Emil
Səudiyyə Ərəbistanında 170 km uzunluğunda futuristik şəhər olan The Line layihəsinin ilk hissəsinin tikintisinə start verilib. Saudi Gazette-in məlumatına görə, layihənin nümayəndəsi Denis Hickey, Ər-Riyadda keçirilən PIF Private Sector Forum-da çıxışı zamanı bildirib ki, şəhərin ilk hissəsi olan Hidden Marina 2030-cu ilə qədər tamamlanacaq. Bundan əlavə, Hidden Marina 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Layihənin əsas detalları:
- Uzunluğu: 2.5 km
- Hündürlüyü: 500 metr (Burj Khalifa-nın hündürlüyünə bərabər)
-Tikinti sahəsi: 21 milyon kvadrat metr (dünyanın ən hündür binasından 60 dəfə böyük)
- Struktur: Üç modullu blokdan ibarət olacaq və güzgü fasadlara malik olacaq
Layihənin ilk mərhələsi 200 000 sakin üçün nəzərdə tutulub. Hidden Marina-da növbəti obyektlər inşa ediləcək. 80 000 yaşayış mənzili, 9 000 otel otağı, ticarət və biznes mərkəzləri. Şəhər məktəblər, yanğınsöndürmə məntəqələri və polis bölmələri də daxil olmaqla bütün zəruri infrastruktura malik olacaq. İnkişaf etmiş şəhər planlaması sayəsində əsas obyektlərə piyada cəmi 5 dəqiqə ərzində çatmaq mümkün olacaq. Rəqəmsal idarəetmə və elektrik nəqliyyatı şəhərdaxili hərəkəti təmin edəcək.

Şəhərin texnoloji əsasını süni zəka təşkil edəcək, bu sistem enerji istehlakını idarə edəcək və binaların doluluq səviyyəsini nəzarətdə saxlayacaq. Rəqəmsal idarəetmə sistemləri həm təhlükəsizliyi təmin edəcək, həm də şəhər infrastrukturunun səmərəli fəaliyyətini optimallaşdıracaq. Layihənin tikintisində 140 000 işçi iştirak edir və infrastruktur üçün nəzərdə tutulan investisiya 140 milyard dollar təşkil edir. Bu layihə Səudiyyə Ərəbistanının daha genişmiqyaslı planlarının yalnız bir hissəsidir.

The Line ilə yanaşı, ölkə rəhbərliyi dünyanın ən hündür göydələni olacaq JEC Tower-in, nəhəng Mukaab kompleksinin, eləcə də bir çox yeni kurort və mehmanxananın tikintisini başa çatdırmağı planlaşdırır. The Line müxtəlif fikirlərə səbəb olur. Bəzi ekspertlər layihənin həyata keçirilməsi üçün dünya üzrə polad ehtiyatlarının təxminən 20%-nin tələb olunacağından narahatdırlar. Bundan əlavə, müəyyən tikinti işlərinin robotlar tərəfindən icra ediləcəyi bildirilir. Texniki və iqtisadi çətinliklərə baxmayaraq, Səudiyyə Ərəbistanı bu meqalayihəni reallaşdırmağa davam edir. İlk sakinlərin 2030-cu ildə Hidden Marina-ya köçməsi planlaşdırılır. The Line isə dünyanın ən böyük urbanistik eksperimentinə çevriləcək.
Mənbə: New Atlas
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Havadan CO2-ni udan neft hasilatı gəmisi inşa edilib
Hesablamalara görə, neft və qaz hasilatı qlobal enerji sektorunun ümumi karbon qazı emissiyalarının 15%-ni təşkil edir. Çində bu problemi radikal şəkildə həll etməyə qərar veriblər - neft hasilatı üçün nəzərdə tutulmuş bir gəmi birbaşa hasilat zamanı ayrılan CO2-ni udan sistemlə təchiz edilib.

Elm & Texnologiya
Atmosferdən CO2-ni yığaraq yanacaq istehsal edən reaktor prototipi hazırlanıb
Böyük Britaniyanın Kembric Universitetinin alimləri atmosferdən karbon qazını tutaraq günəş enerjisi vasitəsilə sintetik yanacaq istehsal edən qurğu hazırlayıblar. İdeal halda, belə bir sistem uzaq bölgələrdə yaşayan insanlar üçün faydalı ola bilər.

Elm & Texnologiya
Meta süni zəka əsaslı robotlar üzərində çalışmağa başlayıb
Meta süni zəka əsasında insanabənzər robotlar hazırlamaq üçün yeni şöbəsini yaradır. Bu robotlar insanlara fiziki tapşırıqları yerinə yetirməkdə kömək edə biləcək.

Elm & Texnologiya
DeepSeek öz süni zəka çiplərini hazırlamağı planlaşdırır
Son aylarda DeepSeek öz inkişafında əhəmiyyətli bir sıçrayış edib və ikincidərəcəli layihə statusundan çıxaraq, öz qabaqcıl böyük dil modellərini (Large Language Model / LLM) modellərini təqdim etməklə qlobal süni zəka sənayesində ciddi rəqib ola biləcək bir şirkətə çevrilib.

Elm & Texnologiya
Çin dərin su tədqiqat mərkəzini inşa edəcək
Çində strateji cəhətdən vacib olan Cənubi Çin dənizində dərin su tədqiqat mərkəzinin tikintisi təsdiqlənib. Bu layihə "okeanın dibindəki kosmik stansiya" ilə müqayisə olunur.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
