Sevgililər gününə özəl – Kişilərə alınacaq ən yaxşı 6 hədiyyə

Sevgililər gününə özəl – Kişilərə alınacaq ən yaxşı 6 hədiyyə

Texnologiya
07.02.2020 PAYLAŞIM

    Əziz xanımlar, sizin necə seçici olduğunuzun həm biz fərqindəyik, həm də sevgiliniz.
Bu isə 14 fevral – Sevgililər günündə işinizi daha da çətinləşdirir. Biz bu çətin görünən işi sizin üçün asanlaşdırmışıq. Elə isə gəlin həm onu, həm də sizi xoşbəxt hiss etdirəcək hədiyyəni birlikdə seçək.

    1. HUAWEI WATCH GT 2


    Sizinlə bir sirri bölüşmək istəyirik. Xoşbəxt insan da saata baxır. Onu hər şeydən çox
xoşbəxt edən sevgilisi ilə neçə dəqiqə sonra görüşəcəyini bilmək üçün... Odur ki, özəl gündə sevgilinizə hər baxdıqda sizi xatırlayacağı özəl hədiyyə seçin. HUAWEI GT 2 smart saatının zövqlü dizaynı, mükəmməl batareya tutumu və idman fəaliyyətini asanlaşdıran üstünlükləri ilə diqqət çəkir. 

    Elə bu dəqiqə bu saatı əldə etmək istəyirsinizsə, sadəcə Kontakt Home-un yaratdığı onlayn sifariş üstünlüyündən faydalanın və 12 ay faizsiz şərtlərlə ideal hədiyyəyə sahib olun.

    2. XIAOMI REDMI NOTE 8

    Sevgiliniz “Gəl sənin telefonunla çəkək, mənimki pis gündə çəkir”, “Yenə ən lazımi anda telefonum sönmüşdü”, “İkinci nömrəmi işlətmək istəyirəm, amma yeni telefon almağa vaxtım yoxdur” deyə şikayətlənirsə, onu bu dərdlərdən bir seçimlə xilas edin. Belə ki, sevgiliniz Redmi Note 8 ilə 4000 mAh batareya tutumu ilə gün boyu onlayn qalacaq, möhtəşəm ön və əsas kamera üstünlüklərinə sahib olacaq, ən əsası iki SIM kartı eyni telefonda işlədə biləcək.

    Bu smartfona xüsusi təkliflə 17 ayadək və cəmi 29 manat aylıq ödənişlə sahib ola bilərsiniz. Bu arada Kontakt Home mağazalarında Sevgililər gününə özəl bütün telefonlar ilkin ödənişsiz və faizsiz şərtlərlə təklif olunur.

    3. TRİMMER PHILIPS MG5730/15

    Bəzən də ən yaxşı hədiyyə onun gündəlik qayğılarına çarə tapmaqdır. İşə görə, toy üçün və ya sadəcə ənənəyə çevrilmiş üz təmizləmək qayğısı kimi. Bu trimmer ilə sevgiliniz gündəlik üz təmizləmək qayğılarından həm birdəfəlik uzaqlaşacaq, həm də vaxtına qənaət edəcək. Yeri gəlmişkən Kontakt Home mağazalarından Philips brendinin digər trimmerlərinə də 18 ayadək və aylıq 9 manatdan başlayan ödənişlərlə sahib ola bilərsiniz.

    4. SONY PLAYSTATION – 4 PRO 1TB

    Müasir atalar məsəlində də deyildiyi kimi: Bir qızın ən yaxşı cehizi playstation-dir.
Biz isə bu məsəli bir qədər də inkişaf etdirərək deyirik ki: Bir qızın ən yaxşı sevgililər günü hədiyyəsi PlayStation-4 Pro-dur. Bu hədiyyə ilə nəinki oyun oynayacaq, həmçinin birlikdə musiqi dinləyəcək, şəkillərə və filmlərə baxacaqsınız. Bu ay ərzində Kontakt Home-dan Playstation 4-ü nağd alışda 100 manat endirimlə və ya 12 ayadək faizsiz şərtlərlə əldə edə bilərsiniz.

    5. MASAJOR BEURER

    Gündəlik həyatımızda hər şey sürətli cərəyan edir. Həyatımız sanki YouTube videosudur və sürəti 2 ediblər. Bu isə həm işdə, həm də işdən sonra xüsusi rahatlıq axtarışına gətirib çıxarır. Sevgilinizin bu axtarışına son verin, ona alman dəqiqliyi ilə çalış masaj aləti hədiyyə edin.

    BEURER brendinin digər masaj aləti dəstlərini aylıq ödəniş 8 manat olmaqla elə indi həm onlayn, həm də sizə yaxın olan Kontak Home mağazasına gedərək əldə edə bilərsiniz.

    6. QULAQLIQ: XIAOMI MI AIRDOTS PRO 2

    Məşhur mahnıda da deyilmədiyi kimi: “İkimizdə bir Dots var, Yarı məndə, yarı səndə”...

    Sevgilinizə AirDots almaqla həm özünüzə, həm də ona çox sevəcəyi hədiyyə etmiş olacaqsınız. Şəhərdə, axşam gəzintisində və ya sadəcə ictimai nəqliyyatda sevimli pleylistinizi dinləməyiniz üçün məsafələr əngəl olmayacaq.

    Yeri gəlmişkən Kontakt Home mağazalarından bu qulaqlığı, hətta 24 ayadək və 10 manat aylıq ödənişlə ala bilərsiniz.

    Bu siyahıdakı hədiyyələri, sərfəli alış-veriş məkanlarını çox həssaslıqla seçmişik. Belə ki, adətən bu formada yazılan məqalələr TOP3 və ya Top5 şəklində bölünür. Biz isə sevgililər günündə ədədlərin belə tək olmasını istəmədik, elə bu səbəbdən cütlüklər üçün TOP6-lıq hazırladıq...

    Və son olaraq. Bu siyahıdan sonra belə ürəyinizcə hədiyyə tapa bilməmisinizsə, vəziyyətiniz çətindir, amma Kontakt Home-da çətin heç nə yoxdur, hətta sizin kimi seçici insanlar üçün belə. kontakt.az saytına keçid edərək spesifik məhsullar, endirim xəbərləri, hissə-hissə ödəniş şərtləri ilə anında tanış ola və istədiyiniz məhsulu onlayn sifariş edə bilərsiniz.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Jeff Bezos-un Blue Origin şirkəti Orbital Reef adlı orbital kosmik stansiyasını ..

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti Orbital Reef adlı özəl orbital kosmik stansiyanın yarad..


Elon Musk-ın Boring Company şirkəti Las-Veqasda 51 stansiyalı yeraltı tunellər s..

Nevada ştatının Klark adlı dairəsi Elon Musk-a məxsus olan Boring Company şirkətinin planına razılıq..


Apple M1 Max-ın qrafik çipi bençmark testlərində Nvidia GeForce RTX 2080 Super-i..

Reddit istifadəçilərindən biri Apple şirkətinin yeni prosessoru olan M1 Max-ın sahib olduğu qrafik ç..


Məşhur insayder Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumat..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Snapdragon 898 ilə MediaTek Dimensity 2000 proses..


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..

×