Sharp şirkəti iki çıxıntı hissəli ekrana sahib Aquos R2 Compact smartfonunu təqdim etdi (VİDEO)

Sharp şirkəti iki çıxıntı hissəli ekrana sahib Aquos R2 Compact smartfonunu təqdim etdi (VİDEO)

Texnologiya
15.11.2018 PAYLAŞIM

    Sharp şirkəti keçən ilki Aquos R Compact modelinin (ekran üzərində çıxıntı hissəyə sahib ilk smartfon modellərindən biri) yeni versiyası olan Aquos R2 Compact-ı təqdim edib. Bu dəfə şirkət daha da irəli gedərək ekran üzərində iki çıxıntı hissə yerləşdirib. Bundan əlavə olaraq smartfon həmçinin flaqman texniki göstəricilərinə sahibdir. Ölçü baxımından Aquos R2 Compact keçən ilki modeldən heç də fərqlənmir. Lakin bununla belə yeni smartfonun ekran ölçüsü böyüyüb. Belə ki, Aqous R2 Compact modeli Full HD+ keyfiyyətli 5.2 inç ekrana sahibdir və ekran Gorilla Glass 3 qoruyucu şüşə ilə əhatə olunub.


Bənzər xəbər


    Bu cür ekran ölçüsünə smartfonun aşağı hissəsinin çərçivəsinin nazikləşdirilməsi və həmin yerdə yerləşən çıxıntı hissəyə barmaq izi skanı texnologiyasının yerləşdirilməsi ilə nail olunub. Keçən ilki model orta səviyyəli Snapdragon 660 prosessoru ilə təchiz olunmuşdu. Lakin Aqous R2 Compact modeli 8 nüvəli Snapdragon 845 prosessoruna sahibdir. Mobil cihazlar bazarında kameraların saylarının artması trendinə baxmayaraq Sharp şirkətinin yeni cihazı 1 ədəd arxa kameraya və 1 ədəd ön kameraya sahibdr.


    Belə ki, smartfon f/1.9 diafraqmalı 22.6 MP-lik arxa kamera və f/2.2 diafraqmalı 8 MP-lik ön kamera ilə təchiz olunub. Bununla yanaşı kameralar vasitəsilə çəkilmiş fotoların keyfiyyətlərinin artırılması üçün süni zəka texnologiyasından və xüsusi alqoritmlərdən istifadə olunur. Digər texniki göstəricilərə gəldikdə isə smartfon Adreno 630 qrafik sürətləndirici, 4 GB RAM, 64 GB daxili yaddaş (microSD dəstəkli) və sürətli enerji yığma özəllikli 2500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Aqous R2 Compact smartfonu gələn il satışa çıxacaq və yalnız Yaponiya bazarında satılacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..


Apple A15 Bionic prosessoru Qualcomm ilə Samsung-un flaqman prosessorlarını geri..

Məşhur Geekbench bençmark saytında A15 Bionic prosessoruna sahib iPhone 13-ün test nəticələri ortaya..


Apple şirkəti Watch 7-dəki vacib funksiyanın digər tətbiqdən kopyalamaqda günahl..

Apple şirkətinin öz yeni məhsullarını təqdim etməsindən sonra Kosta Eleftheriou adlı tərtibatçı Appl..


Apple yeni iPad modellərini və Watch Series 7 smart saatını təqdim edib - QİYMƏT..

Apple şirkəti yeni iPhone 13 smartfonları ilə yanaşı həmçinin yeni iPad planşetləri ilə Watch Series..


Xiaomi AR funksiyalara sahib Smart Glasses adlı eynəyini təqdim edib (VİDEO)

Xiaomi şirkəti yeni qeyri-adi məhsulunu təqdim edib. Söhbət, AR (artırılmış reallıq) funksiyalara sa..

×