main-post-cover

    Silikon Vadisi nəyə görə artıq əvvəlki kimi innovasiyaların mərkəzi hesab edilmir?

    Elm & Texnologiya
    19.11.2017
    Emil Nəcəfov
    Amerikalı şirkətlərin qəliz problemləri həll edən faydalı məhsullar hazırlamalarına son qoyulması fikri getdikcə genişlənməyə başlayıb. Bunun yerinə həmin şirkətlər Wall Street-in analoquna çevriliblər. Silikon Vadisinin məyus edici dəyişikliyi barəsində Business Insider saytı yazıb. Amerika kapitalizminin iki əsas mərkəzinin etik normaları həmişə bir-birinin əksi olub. Wall Street həmişə etiraf edib ki, onun əsas mühərriki acgözlükdür. Silikon Vadisi isə əksinə dünyanı yaxşı hala gətirən texnologiyaların yaradıldığı bir yer kimi özünü əks etdirib.

    Lakin indi vəziyyət dəyişib. Şirkətlərin öz ideallarını dəyişdirmələrini görmək heç də çətin deyil. Artıq burda da hamı pulun arxasınca qaçır və investisiyalar əsasən rəngarəng və iri miqyaslı ideyalara deyil, gəlirli ideyalara yatırılır. Nyu York və San Fransiskodan olan cavan sahibkarlar isə üstünlük verilən brendlər ilə fərqlənirlər. Əgər birincilər investisiya fondlarından danışırlarsa, ikinci tərəfin marağını bitcoin cəlb edir. Bununla belə Silikon Vadisi amerikalıların ağıllarına ciddi şəkildə təsir edib. Bu əsasən keçən ilki prezident seçkilərindən sonra baş verdi.

    Texnoloji şirkətlər əvvəllər olmadıqları qədər nüfuzludurlar və onların fəaliyyətləri böyük insan kütləsini əhatə edir. Lakin onların mənəvi simaları bir sıra suallar yaradır. “Apple” vergi ödəmələrindən yayınır, “Google”, “Facebook” və “Twitter” öz servislərində xarici siyasi propanqadaları yerləşdirməklə pul qazanırlar. Sosial şəbəkələr kontentin idarə olunmasında deyil, gəlirin əldə olunmasında maraqlıdırlar. İnnovasiyalara gəldikdə isə görünür ki, bütün dünya üçün innovasiyalar yerinə Silikon Vadisi yalnız özü üçün innovasiyalar yaradır. “Dünyaya nə lazımdır?” sualı “Mən nə istəyirəm?” sualı ilə əvəz olunub. Nəticədə bir-birinin ardınca 400$ dəyərində olan şirəsıxan və itlər üçün Airbnb-nin analoqu kimi startaplar yaranır. “Kairos Society” şirkətinin 27 yaşlı təsisçisi Ankur Jain-in fikrincə Silikon Vadisini əvvəlki halına qaytarmağın vaxtıdır.

    Şirkətlər əvvəlki kimi cəsur və faydalı olmalıdırlar. Ankur Jain-in şirkəti vençur fondu rolunda çıxış edərək 50 ölkədən olan 1000-ə yaxın yeni sahibkarı birləşdirir. O, orta təbəqənin maliyyə çətinliklərini aradan qaldırmağa yönəlik startaplara kömək etməyi planlaşdırır. Jain-in fondunun aradan qaldırmağa niyyətli olduğu problemlər arasında təhsil borcları, uyğun qiymətə sahib yaşayış evləri, uşaqlara baxmaq üzrə müavinət, işsizlik və pensiya gəlirləri var. Bu mövzularda öz diqqətini cəmləmək üçün fond məşhur növ müqavilələrdən imtina edəcək. Jain-in fikrincə onun fondunun işi çox vacibdir. Belə ki, bir çox sahibkarlar əsas insan problemlərinə maraq göstərməyən Silikon Vadisi investorlarında məyus olublar.

    55 milyard dollar təşkil edən bu bazar hal hazırda “Nestle” və “Campbell” kimi iri korporasiyaların arasında bölünüb. Lakin bir neçə müddət bundan öncə uşaq qidalarında qurğuşunun yüksək miqdarda olması tədqiqatı yeni sahibkarlar üçün yol aça bilər. “Little Spoon” şirkətinin əməkdaşlarının verdikləri məlumata əsasən şirkətin ən böyük üstünlüyü ondan ibarətdir ki, bütün istehsalat prosesini şirkətin özü idarə edir. Bir çox mütəxəssislərin fikrincə böyük texnoloji şirkətlər dünyaya xeyir vermək əvəzinə zərər verirlər. Məsələn son zamanlarda süni zəka ilə robotların insanları iş yerlərindən məhrum edəcəkləri fikrinə tez-tez rast gəlinir. Lakin bir neçə müddət bundan öncə aparılmış araşdırma onu göstərib ki, bu təhlükənin yaranmasında əsas səbəb robotlar deyil, kompüter proqramlarının yaxşı səviyyədə bilinməməsidir.
    Linki kopyala