
Silikon Vadisinin milyonerləri qocalmaya qarşı mübarizə aparırlar
Elm & Texnologiya
18.12.2017
Emil
Silikon Vadisinin həvəskarları qocalmaya qarşı mübarizə aparırlar.
Bu barədə Wired saytı xəbər verib. Lakin
ölümsüzlüyə inanan adi insanlardan fərqli olaraq Silikon Vadisinin nümayəndələri
öz planlarının reallaşdırılması üçün külli miqdarda vəsait və resurslara
sahibdirlər. Məhz buna görə Wired saytı düşünür ki, həmin milyonerlərin öz üzərlərində
uğurlu təcrübələr aparandan sonra qocalığa qarşı ilk uğurlu texnologiyalar məhz
Silikon Vadisi nümayəndələri tərəfindən ixtira olunacaq. İnsan genomunun
hack olunması ilə qocalığın dayandırılmasına inanan şəxslərin Silikon Vadisində
sayları getdikcə artır.
Məsələn, Y Combinator vençur fondunun partnyoru olan
Daniel Gross sosial şəbəkələrdə bu barədə mütəmadi olaraq paylaşımlar edir və
digərlərini də bunu etməyə səsləyir. İxtiraçı Ray Kurzweil gün ərzində çoxlu
miqdarda müxtəlif dərmanlar atır ki, 2045-ci ildə baş verməsi güman olunan
sinqulyarlıq hadisəsinin şahidi olsun. İnvestor Peter Thiel isə cavan qan
üsuluna inanır. Söhbət 16-25 yaş arası şəxslərin qanlarının digər insanlara
köçürülməsindən gedir. Bu ideya heç də yeni olmasa da, 2013-cü ildə dərc
olunmuş bir sıra məlumatlarda bildirilmişdi ki, cavan siçanların qanlarında
olan zülallar yaşca daha böyük olan siçanları müəyyən səviyyədə güclü etmişdilər.
Bu cür tədqiqatdan sonra insanların bu sahədə həvəsləri daha da artmışdır.
Günümüzdə “Ambrosia” adlı şirkət 8000$-a cavan insanların qanlarının köçürülməsi
kursunu təklif edir. Qocalığın əsas problemi ondan ibarətdir ki, o, mübarizə
aparılacaq bir xəstəlik deyil. Ümumdünya Səhiyyə Təşkilatı üçün qocalıq norma
hesab olunur. Bu cür tədqiqatlarda lazımi maliyyələşdirmənin olmaması da öz təsirini
göstərir. Bu cür şəraitdə bizdə işlək üsulun olmamasını düşünmək tamamilə məntiqlidir.
Hətta elmi innovasiyalar və yeni dərmanların olması halında da təcrübələrin
aparılması üçün lazımi vəsait yoxdur.
Vəziyyətin dəyişilməsi üçün bu sahədə heç
olmasa bir dənə nəzərə çarpan uğur olmalıdır. 20 il bundan öncə alim Cynthia
Kenyon aşkar etmişdi ki, genlərdən birində olan mutasiya dairəvi soxulcanlara
iki dəfə çox yaşamağa imkan verir. Bu cür hadisəni insanlar üçün də gözləyirlər.
Lakin əvvəllər bu cür uğurun hardansa gələcəyini gözləmək lazım gəlirdisə
(maliyyəsiz və resurslarsız bu cür uğuru əldə etmək qeyri mümkündür), indiki
zamanda Silikon Vadisi var. Belə ki, Silikon Vadisinin milyonerləri nəinki bu cür tədqiqatlara milyonlarla dollar xərcləyirlər, həmdə özləri təcrübi siçanlar
rolunda çıxış edirlər. Wired saytının fikrincə məhz Silikon Vadisində insan həyatının
uzadılması üçün nəzərdə tutulmuş innovasiyalı texnologiyaları ixtira edəcəklər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
